main-post-cover

    Hidrogenlə çalışan dünyanın ilk yer effektli gəmisi təqdim olunub!

    Nəqliyyat
    03.10.2024
    Farid Pardashunas

         ABŞ mərkəzli Sea Cheetah Corporation, H3 Dynamics ilə əməkdaşlıqda dünyanın ilk hidrogenlə işləyən hidrogen-elektrikli qanad-yer effektli (WIGE - Wing-in-Ground Effect) gəmisini təqdim edib.

        Sea Cheetah tərəfindən hazırlanan WIGE gəmisi su səthinin tam üstündə 250 km/saat sürətlə hərəkət edə bilir. Bu, xüsusilə sahil və ada nəqliyyatında ənənəvi dəniz nəqliyyat vasitələrinə çox daha sürətli bir alternativ təklif edir. O yalnız sürət deyil, həm də 10 dəfə daha səmərəli yanacaq sərfiyyatı təqdim edərək qalıq yanacaqla işləyən sistemləri geridə qoymağı hədəfləyir. WIGE gəmiləri su səthindən bir neçə metr yuxarıda hərəkət edərək aerodinamik quruluşları sayəsində suya toxunmadan hərəkət edir. Bu da onlara daha az yanacaq sərfiyyatı və ənənəvi dəniz və ya hava nəqliyyat vasitələri ilə müqayisədə əməliyyat xərclərini azaltma üstünlüyü verir.
         Bu texnologiya ilə Sea Cheetah, dəniz nəqliyyatında sürət və xərclər üzrə üstünlük verməyi planlaşdırır. Yüksək yükdaşıma qabiliyyəti və uzun məsafə qət etmə bacarığı bu gəmiləri sərnişin nəqliyyatı, yük çatdırılması və axtarış-xilasetmə əməliyyatları kimi bir çox sahədə ideal edir. Sea Cheetah, H3 Dynamics ilə birlikdə hidrogen-elektrikli bir hərəkət sistemi inkişaf etdirir. Bu sistem, gəmilərin qalıq yanacaqla işləyən sistemlərə nisbətən daha uzun məsafələr qət etməsini və daha ağır yüklər daşımasını təmin edəcək. Həmçinin bu hibrid güc sistemi, batareyalardan daha yüksək səmərəlilik əldə etməyə imkan verəcək.
         WIGE gəmiləri dizayn, mühəndislik və istismar xüsusiyyətlərini hava gəmiləri ilə bölüşsə də, digər dəniz gəmiləri ilə eyni toqquşmadan qaçma qaydalarına əməl etməlidir. Həmçinin WIGE gəmiləri Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) və ya ABŞ Sahil Mühafizəsi kimi hava nəqliyyatı tənzimləmə qurumlarına tabe deyil, buna görə geniş miqyaslı uçuş-enmə zolaqları və ya liman infrastrukturuna ehtiyac duymur. Maksimum 15 metr yüksəkliyə qalxa bildikləri üçün hava nəqliyyatı qaydalarından təsirlənmirlər.
         Sea Cheetah və H3 Dynamics, yalnız gəmilərin texnologiyasını inkişaf etdirməklə kifayətlənmir, eyni zamanda ekoloji təmiz bir yanacaq doldurma şəbəkəsi qurmağı planlaşdırır. Sea Cheetah H2Hub və H2Hub Micro modulları adlanan bu sistemlər, gəmilərə sürətli və yerində istehsal olunan yaşıl hidrogen təmin etməyi hədəfləyir. Beləliklə, bu gəmilər sahil kənarındakı "yanacaq doldurma məntəqələrində" hidrogen tanklarını qısa müddətdə doldura biləcəklər. Şirkətlərin açıqlamalarına görə, yeni nəsil WIGE gəmiləri ənənəvi dəniz və hava nəqliyyat vasitələrindən 3 dəfə çox yük daşıya biləcək, eyni zamanda 10 dəfə daha sürətli10 dəfə daha səmərəli olacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər