Logo
    main-post-cover

    Honda ABŞ üçün planlaşdırdığı üç elektrik avtomobil layihəsini ləğv etdi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Honda ABŞ bazarı üçün planlaşdırdığı üç elektrik avtomobil layihəsini ləğv etdiyini açıqlayıb. Şirkət qərarın əsas səbəbləri kimi ABŞ-də tətbiq olunan tariflər və Çin istehsalçılarının artan rəqabətini göstərib. Avtomobil istehsalçısı bildirib ki, Donald Trump dövründə tətbiq edilən tariflər şirkətin benzin və hibrid avtomobil satışlarına mənfi təsir göstərib. Nəticədə Honda-nın ümumi avtomobil biznesi son dərəcə çətin maliyyə vəziyyəti ilə üzləşib. Şirkət həmçinin qeyd edib ki, Çin elektrik avtomobil istehsalçıları ilə rəqabətə çevik reaksiya verə bilməməsi və ABŞ bazarında elektrik avtomobillərinə tələbatın artım tempinin zəifləməsi bu qərarın verilməsində mühüm rol oynayıb.
    Honda scraps EV SUV development due to decreased US demand :  r/electricvehicles
        Bu səbəbdən Honda 2025-ci ildə Consumer Electronics Show 2025 sərgisində təqdim etdiyi Honda 0 SUV və Honda 0 Saloon modellərinin istehsal planını dayandırıb. Bundan əlavə, Acura markası üçün nəzərdə tutulmuş Acura RSX elektrik avtomobil layihəsi də ləğv edilib. Honda açıqlamasında bildirib ki, şirkət ABŞ bazarında resurs bölgüsünü yenidən qiymətləndirəcək və diqqətini daha çox hibrid modellərin inkişafına yönəldəcək. Bu strateji dəyişikliklərin şirkətə təxminən 15,7 milyard dollara qədər xərc yarada biləcəyi qeyd olunur.
        Beləliklə, Honda son dövrlərdə ABŞ bazarında planlaşdırdıqları elektrik avtomobil layihələrini təxirə salan və ya ləğv edən ənənəvi avtomobil istehsalçıları siyahısına qoşulan növbəti şirkət olub.
    Paylaş