Logo
    main-post-cover

    Honda S7 elektrikli krossoveri təqdim edilib - QİYMƏTİ

    Nəqliyyat
    10.03.2025
    Emil
         Honda yeni elektrikli krossoverini təqdim edib. Honda S7 adlanan bu model 650 km-ə qədər yürüş məsafəsi təklif edir, 469 at gücünə malikdir və əlçatan qiymətlə satışa çıxarılır – 36 000$. Bu model Honda və Çin avtomobil istehsalçısı Dongfeng ilə birgə hazırlanıb. Honda S7 şirkətin ilk elektrikli krossoveridir və Çin bazarındakı büdcəli elektromobillərlə rəqabət aparsa da, premium seqmentdə mövqeləndirilir. Honda S7 dizaynı cəsarətli xətlər və qeyri-adi elementlərlə seçilir. Əsas xüsusiyyətlər:
    - Salonun LED işıqlandırması 1256 dioddan ibarətdir.
    - Ənənəvi arxa görüntü güzgüləri əvəzinə kameralar quraşdırılıb.
    - Salonda 12.8 düym-lük şaquli sensorlu ekran yerləşir.
    - Kompakt rəqəmsal cihaz paneli sürücünün göz səviyyəsindədir.
    Model “W” adlı platforma üzərində qurulub. Baza versiyası:
    - Arxa oxda yerləşən tək elektrik mühərriki (268 at gücü)
    - CLTC standartına görə 650 km yürüş məsafəsi.
     İki mühərrikli tam ötürücülü versiya:
    - 469 at gücü
    - 620 km yürüş məsafəsi.
    Enerji sistemi:
    90 kilovat/saat tutumlu batareya
    -30 dərəcə Selsiyə kimi ekstremal soyuq temperaturda belə 90%-dən çox enerji saxlama qabiliyyəti.
         Honda S7 orta sinif avtomobillərində nadir rast gəlinən bir sıra xüsusiyyətlər təklif edir, o cümlədən adaptiv asqı sistemi, salonun daha tez qızması üçün döşəmənin qızdırılması və 16 dinamikli Bose audio sistemi. Elektromobilin uzunluğu 4750 mm, eni 1930 mm, hündürlüyü isə 1625 mm təşkil edir.
    Paylaş