Logo
    main-post-cover

    Honda Yaponiyada və Çində istehsalı dayandırır

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, avtomobil sənayesində çip çatışmazlığının təsirləri hələ də davam edir. Bu vəziyyətin növbəti qurbanı isə Honda olub. Bloomberg-in məlumatına görə, şirkət Yaponiyada istehsalı 5 və 6 yanvar tarixlərində müvəqqəti dayandıracaq. Honda hansı zavodların təsirlənəcəyini açıqlamasa da, fasilənin bütün ölkəni əhatə edə biləcəyi bildirilir.
        Bundan əlavə, Honda-nın Çində fəaliyyət göstərən üç Guangqi Honda Automobile zavodu da 29 dekabr – 2 yanvar tarixlərində fəaliyyətini dayandıracaq. İstehsalın dayandırılmasının əsas səbəbi çip çatışmazlığıdır və bu problem son vaxtlar Hollandiya ətrafında yaranan geosiyasi gərginliklə daha da dərinləşib. Oktyabr ayında Hollandiya hökuməti ABŞ-nin əzyiqləri nəticəsində Çinə məxsus Nexperia adlı çip istehsalçısına nəzarəti ələ keçirib. Nexperia avtomobillər, məişət texnikası və digər texnoloji məhsullarda istifadə olunan nisbətən sadə çiplər istehsal edir.
        Hollandiya hökuməti bu addımı şirkətdə idarəetmə problemləri ilə əsaslandıraraq, Nexperia-nın əsas texnologiyaları Avropadan Çinə köçürə biləcəyindən narahat olduğunu bildirib. Lakin New York Times sonradan açıqlayıb ki, Hollandiya hökuməti bu planlardan hələ 2019-cu ildən xəbərdar idi. Buna cavab olaraq Çin Nexperia istehsalı olan çiplərin ixracına məhdudiyyətlər tətbiq edib. Daha sonra tərəflər arasında aparılan danışıqlardan sonra Hollandiya müdaxiləni dayandırıb, Çin isə ixrac qadağalarını qismən yumşaldıb. Buna baxmayaraq, təchizat zənciri hələ də tam bərpa olunmayıb.
    Paylaş