Logo
    main-post-cover

    Honda yeni Accord və RDX prototiplərini təqdim etdi

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Honda hibrid avtomobil strategiyasında yeni mərhələyə keçir. Şirkət illik biznes təqdimatında yeni nəsil platforma üzərində qurulan iki prototipi, Honda Accord sedanını və Acura RDX SUV modelini təqdim edib. Bu platforma əsasında hazırlanan ilk modellərin satışına gələn ildən başlanacaq.
        Yeni Acura RDX daha əvvəl Honda-nın iki mühərrikli yeni nəsil hibrid sistemi ilə təchiz ediləcək ilk SUV kimi elan olunmuşdu. Şirkət 2030-cu ilə qədər dünya üzrə ümumilikdə 15 yeni hibrid model təqdim etməyi planlaşdırır. Bu modellərin əsas bazarı isə Şimali Amerika olacaq.
        Honda eyni zamanda elektromobil hədəflərinə yenidən baxdığını açıqlayıb. Şirkət artıq 2030-cu ilə qədər satışlarının 20 faizinin elektrikli avtomobillərdən ibarət olması və 2040-cı ildə satışların tamamilə elektrik və hidrogen yanacaq elementli modellərə keçməsi məqsədindən geri çəkilib. Bunun əvəzinə resurslar daha çox hibrid texnologiyaların inkişafına yönləndiriləcək.
        Yeni nəsil hibrid sistemin istehsal xərclərinin 30 faizdən çox azaldılması planlaşdırılır. Yeni platforma və elektrik AWD sistemi ilə birlikdə yanacaq səmərəliliyinin 2023-cü ildə təqdim olunan sistemlə müqayisədə 10 faizdən çox artacağı bildirilir.
        Bundan əlavə, Honda 2028-ci ildə yeni nəsil sürücüyə yardım sistemi (ADAS) təqdim edəcək və bu texnologiya beş il ərzində 15-dən çox modeldə istifadə olunacaq.
    Paylaş