main-post-cover

    Italdesign "Batmobile"a bənzər konsept avtomobilini təqdim edib!

    Nəqliyyat
    25.04.2024
    Aslan Aslanov

         Italdesign, Pekin avtosalonunda oturacaqları 180 dərəcə fırlanan Quintessenza Concept-ni nümayiş etdirib.

         Pekin avtosalonunda bir çox şirkət həm istehsal, həm də konsept avtomobillərini təqdim edir. Bu şirkətlərdən biri də Italdesign şirkətidir və şirkət yarmarkada özünün nəfəs kəsən elektrik avtomobili Quintessenza Concept-i təqdim edib. “İnsan və təbiət arasındakı əlaqənin təcəssümü” kimi təsvir edilən avtomobil, həm də şirkətin 50 ildən artıq təcrübəsini əks etdirir.Avtomobilin dizaynı da olduqca qeyri-adidir. Üç elektrik enerji blokuna sahib olan avtomobil iki qapılı olmasına baxmayaraq 3240 mm-lik təkər bazası ilə çox böyük bir quruluşa malikdir. Avtomobil incə LED fənərləri və mərkəzdə yerləşən kiçik şaquli işıq diodları ilə təəccüblü dizayna malikdir.
         Dördqapılı sedan kimi uzunluğu 5561 mm, eni 2200 mm və hündürlüyü 1580 mm olan avtomobilin başqa bir maraqlı xüsusiyyəti isə baqaj qapağının, hətta demək olar ki, bütün arxa hissəsinin açıla bilən olmasıdır. Avtomobilin arxa oturacaqları da arxaya çevrilə bilir. Yuxarıya doğru açılan qapılara üstünlük verilən avtomobilin ön hissəsi mərmər əsaslı örtüklə örtülmüşdür. 
         150 kVt/saat akkumulyatora malik avtomobilin güc bloku 778 at gücü hasil edə bilir və 0-dan 100 km/saat sürətə 3 saniyədən az vaxtda çatmağa imkan verir. Avtomobilin maksimum qət edə biləcəyi məsafənin 750 kilometr olduğu bildirilir. Digər tərəfdən, bu performans meyarlarını sınaqdan keçirmək mümkün deyil, çünki avtomobil istehsala girməyəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər