Lada yeni 122 at gücünə malik Niva Sport avtomobilinin istehsalına başlayıb!
Nəqliyyat
25.12.2024
Farid
Uzun müddətdir təxirə salınan Lada Niva Sport-un ilkin istehsalına nəhayət ki, başlanılıb. Yeni mühərrik və gücləndirilmiş transmissiya ilə təchiz edilmiş bu ikonik modelin, kütləvi istehsalı tarixi və qiyməti yaxın zamanda bəlli olacaq.
Rusiyanın əfsanəvi avtomobili Lada Niva, ikonik dizaynı və 1.7 litrlik mühərriki ilə illərə meydan oxuyan avtomobillərdən biridir. İndi isə AvtoVAZ-ın alt brendi olan Lada Sport, yeni Lada Niva Sport modelinin ilkin istehsalına start verib. Lada Niva Sport modelində 1977-ci ildən bəri qorunan dizayn xətti dəyişməz qalıb. Yalnız yeni Sport loqosu, əlavə LED işıqlar, yeni 16 düymlük disklər və daha geniş plastik təkər örtükləri kimi kiçik dəyişikliklər edilib. Əsas dəyişiklik isə kapotun altındadır. Niva Sport, 122 at gücü və 151 Nm fırlanma anı istehsal edən yeni 16 klapanlı 4 silindrli mühərrikə malikdir.
Bu göstəricilər, 2025-ci ilə yaxınlaşdığımız bir dövrdə cəlbedici görünməsə də, yenə də əvvəlki 82 at güclü mühərriklə müqayisədə irəliləyiş olduğunu görmək təəccüblüdür. Bundan əlavə, 4 təkərli ötürücü sisteminə malik olan avtomobilin mühərriklə birləşdirildiyi 5 pilləli mexaniki transmissiyanın dişliləri gücləndirilib və mufta korpusu möhkəmləndirilib.
Bununla yanaşı, Lada Niva Sport-un idman tipli asqı və əyləc kalibrləməsi ilə digər Niva modellərindən fərqləndiyi bildirilir. Bu yeniliklər sayəsində avtomobilin idarəetmə dinamikası və yol tutuşu qabiliyyətinin yaxşılaşdırıldığı vurğulanır. Lada Niva Sport-un kütləvi istehsalına nə vaxt başlanacağı, çatdırılma tarixi və qiyməti ilə bağlı məlumatlar yaxın zamanda açıqlanacaq. Hazırda mövcud Niva ailəsinin qiymətləri 9.800 dollardan başlayıb 14.800 dollara qədər yüksəlir. Müxtəlif medialarda Niva Sport-un qiymətinin təxminən 20 min dollar səviyyəsində olacağı müzakirə edilir.
Paylaş
lada
lada niva
lada niva sport
niva
niva sport
avtovaz
avtovaz lada
lada sport
lada niva sport 2025
lada niva 2025
Bənzər xəbərlər
Ən çox oxunanlar