Logo
    main-post-cover

    Lotus tam elektrik planından imtina etdi

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Lotus şirkəti tam elektrikli avtomobil strategiyasından geri addım ataraq yenidən daxili yanma mühərrikli modellərə qayıdacağını açıqlayıb. Bir neçə il əvvəl yalnız elektromobil istehsalçısına çevriləcəyini bildirən şirkət indi “Focus 2030” adlı yeni strategiyası ilə benzin, hibrid və elektrik mühərrikli avtomobilləri paralel şəkildə inkişaf etdirəcəyini elan edib.
    Lotus confirms new hybrid V8 Esprit supercar as part of 'Focus 2030' plan
        Şirkətin yeni dövrdə əsas diqqəti hibrid texnologiyalara yönələcək. Xüsusilə Çin bazarında təqdim olunan Lotus Eletre X modelində istifadə edilən “Hybrid-X” sistemi gələcək layihələrin əsasını təşkil edəcək. Bu texnologiyanın 2028-ci ildə təqdim olunması gözlənilən yeni flaqman superkar Lotus Type 135 modelində də istifadə ediləcəyi bildirilir. Avtomobilin 986 at gücünə sahib hibrid V8 mühərriklə təchiz olunacağı və Avropada istehsal ediləcəyi gözlənilir.
        Lotus həmçinin şirkətin son tam benzinli modeli olan Lotus Emira üçün də yenilənmiş versiya hazırlayır. Şirkətin sözlərinə görə, yeni Emira “indiyə qədər istehsal edilən ən güclü və ən yüngül Emira” olacaq. Bu addım isə yüksək performanslı benzin mühərrikli idman avtomobillərinə olan tələbin hələ də davam etdiyini göstərir.
     
    Paylaş