Logo
    main-post-cover

    Mercedes-Benz MBUX Sound Drive funksiyasını rəsmi olaraq dayandırır

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Mercedes-Benz sürücülük zamanı musiqini avtomobilin hərəkətləri ilə sinxronlaşdıran MBUX Sound Drive funksiyasını dayandıracağını açıqlayıb. Şirkət bu barədə müştərilərinə rəsmi bildiriş göndərib və funksiyanın 17 dekabr tarixindən etibarən deaktiv ediləcəyini bildirib.
    Mercedes-Benz discontinues feature that syncs music to driving | The Verge
        MBUX Sound Drive ilk dəfə 2024-cü ildə CES sərgisində təqdim olunmuşdu. Funksiya Black Eyed Peas qrupunun solisti will.i.am ilə əməkdaşlıq çərçivəsində hazırlanmışdı və avtomobilin sürətlənməsi, dönmə və elektrikli avtomobillərdə enerji bərpası kimi hərəkətlərini musiqi ilə əlaqələndirirdi. Bu sistem avtomobilin sensorları və proqram təminatı vasitəsilə musiqini real vaxtda sürüş tərzinə uyğun dəyişirdi. Məsələn, sürət azaldıqda vokallar zəifləyir, sürətlənmə zamanı isə bas səslər daha güclü hiss olunurdu. will.i.am bu təcrübəni avtomobilin “öz orkestrinə çevrilməsi” kimi təsvir etmişdi.
        MBUX Sound Drive yalnız əvvəlcədən seçilmiş təxminən 30 musiqi treki ilə işləyirdi. Mercedes-Benz gələcəkdə bu texnologiyanı açıq platformaya çevirməyi və müxtəlif musiqiçilərin avtomobil üçün xüsusi səs təcrübələri yaratmasını planlaşdırırdı. Lakin görünür, bu konsepsiya gözlənilən nəticəni verməyib. Mercedes-Benz-in rəsmi nümayəndəsi Kathleen Decker bildirib ki, şirkət rəqəmsal xidmətlər portfelini yenidən qiymətləndirir və bu səbəbdən MBUX Sound Drive funksiyasının fəaliyyətini dayandırmaq qərarı verilib. Şirkət gələcəkdə daha perspektivli və istifadəçi yönümlü innovasiyalara fokuslanacağını vurğulayıb.
    Paylaş