Logo
    main-post-cover

    Mercedes elektrik G-Class modellərini geri çağırır

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Mercedes-Benz şirkəti elektrik G-Class modelində aşkar edilən texniki problemə görə bəzi avtomobilləri geri çağırdığını elan edib. Geri çağırma kampaniyası 2025-ci il istehsalı olan G580 with EQ Technology modellərini əhatə edir.
    The all-electric Mercedes G-Class ratchets up the tech and off-road  capability | TechCrunch
        Məlumata görə, problem təkər boltları ilə bağlıdır. Araşdırma nəticəsində müəyyən edilib ki, elektrik versiyada istifadə olunan boltlar avtomobilin daha ağır çəkisi və yüksək fırlanma momenti üçün tam uyğun deyil. Nəticədə, xüsusilə çətin yol şəraitində sürüş zamanı və təkər dəyişdirildikdən sonra boltlar boşala və hətta təkər avtomobildən ayrıla bilər. Bu məsələ ilə bağlı hesabat ABŞ-nin Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin, National Highway Traffic Safety Administration (NHTSA) saytında yayımlanıb. Bildirilir ki, ümumilikdə 3,734 ədəd avtomobil bu geri çağırmaya daxildir.
        Şirkət bildirib ki, problem real istifadə zamanı nadir hallarda baş verə bilər, lakin risk tam istisna edilmədiyi üçün bütün avtomobillər geri çağırılır. Problemin aradan qaldırılması üçün rəsmi dilerlər təkər boltlarını yenisi ilə pulsuz əvəz edəcəklər. Avtomobil sahiblərinə bu barədə rəsmi bildiriş məktublarının 2026-cı ilin may ayının sonlarından etibarən göndəriləcəyi bildirilib. Qeyd edək ki, bu model Mercedes-Benz-in elektrik G-Class seriyasına aid olub və satış qiyməti təxminən 160 min dollar civarındadır.
    Paylaş