
Nissan gələcəyin elektromobil konseptini sərgiləyib
Nəqliyyat
26.04.2024
Farid
Pekində keçirilən avtomobil sərgisi çərçivəsində Nissan şirkəti gələcəyin konseptual elektromobilini sərgiləyib. Sərgilənmiş konseptual elektromobil qeyri-standart görünüşə sahib olsa da onda reallaşdırılmış ideyalar yaxın gələcəkdə Nissan-ın kommersiya məqsədli avtomobillərində tətbiq edilə bilər. Nissan Epic adlı bu yeni konseptual elektromobil şirkətin digər avtomobillərindən xarici işıq sisteminin dizaynı ilə fərqlənir. Belə ki, Nissan Epic-də ənənəvi fara və stop siqnallar əvəzinə işıqlı zolaqlardan istifadə edilir.

Həmin zolaqlar böyük olmayan bucaq altında şaquli şəkildə elektromobil gövdəsində yerləşirlər. Elektromobilin salonunda ənənəvi məlumat paneli əvəzinə böyük ölçülü ekran yerləşdirilib. Əlavə iki ekran isə sərnişin oituracağının qarşısında yerləşir. Fotolardan birində görmək olar ki, ön hissədə sərnişin oturacağı ilə sürücü oturacağı arasında xüsusi ayırıcı hissə mövcuddur. Nissan sözügedıən konseptual elektromobilin texniki imkanları barəsində məlumat verməyib. Onun kommersiya məqsədli versiyasının hazırlanmasını isə şirkət planlaşdırmır.




Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
