Logo
    main-post-cover

    Nissan şirkəti iflasın astanasındadır

    Nəqliyyat
    28.11.2024
    Emil
         Son illərdə baş vermiş geosiyasi hadisələr və Çin avtomobil sahəsinin inkişafı səbəbilə bir sıra ənənəvi avtomobil istehsalçısı böhran ilə qarşılaşdı. Onlardan biri də Nissan Motor şirkətidir. Məlum olub ki, Nissan Motor ona müəyyən müddət ərzində yardımçı ola biləcək böyük investor axtarışındadır. Şirkət uzun illər ərzində partnyoru olmuş Renault şirkətinin Nissan-dakı payını sata biləcəyi müddətə qədər dəstəyə ehtiyac duyur. Bu ilin avqust ayında Nissan və Honda nəqliyyat vasitələrinin hazırlanması və istehsalı məsələsində strateji əməkdaşlığı elan etdilər. Həmin vaxtda şirkətlər arasındakı səhm mübadiləsi kimi daha sıx əməkdaşlıq nəzərdə tutulmurdu.
         Lakin indi bu cür ehtimal o qədər də kritik səslənmir. Verilmiş məlumata əsasən Nissan hal-hazırda Renault şirkətinin payını əvəzləmək üçün bank və ya sığorta qrupu kimi stabil və uzunmüddətli səhmdarın axtarışındadır. Renault öz növbəsində sahib olduğu müəyyən sayda Nissan səhmlərini satmağa çalışır. O bunu Nissa-nın Honda ilə olan əməkdaşlığının rəsmiləşdirilməsi prosesinin yekunlaşacağı müddətə kimi etməyə çalışır. “Sağ qalmağımıza 12 və ya 14 ay qalıb” - deyə Nissan-ın top menecerlərindən biri qeyd edib. Məlumatda qeyd edilib ki, Nissan, Honda tərəfindən onun səhmlərinin alınacağını da istisna etmir. Şirkət Çin və ABŞ-da satışların aşağı düşmələri səbəbilə bütün mümkün  variantları nəzərdən keçirir.
     
    Paylaş