Nissan şirkəti Yaponiyada pilotsuz taksi servisi yaradacaq
Nəqliyyat
29.02.2024
Emil Nəcəfov
Nissan şirkəti bildirib ki, o, 2027-ci ilə qədər Yaponiyada öz minivenləri əsasında pilotsuz taksi servisini yaratmağı planlaşdırır. Şirkət bildirib ki, pilotsuz taksi servisinin testlərinə artıq cari maliyyə ilində start verilməlidir. Testlər Tokionun cənubunda yerləşən Yokohama ərazisində keçirilməlidir. Məlumatda qeyd edilib ki, Nissan nəqliyyat sahəsində yeni həllərin yaradılması üçün yerli orqan və operatorlarla əməkdaşlıq etmək niyyətindədir. Qeyd etmək lazımdır ki, Nissan öz pilotsuz avtomobillərini 2017-ci ildən Yaponiya və digər ölkələrdə test edir. Şirkətin rəqibləri olan Toyota ilə Honda da Tokioda pilotsuz taksi servisləri yaratmağı planlaşdırırlar. Bunun 2025-2026-cı illərdə baş verəcəyi nəzərdə tutulub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nissan Skyline seriyasında iki elektromobil hazırlayacaq
Nissan Skyline seriyasında iki elektromobil hazırlayacaq
Yaponiyanın avtomobillər ilə bağlı Best Car adlı jurnalının öz mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən Nissan şirkəti Skyline avtomobil seriyasını geri qaytarmağı planlaşdırır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!