Logo
    main-post-cover

    Pulsuz avtopilota sahib XPeng MONA M03 Max elektromobili təqdim edilib - QİYMƏTİ

    Nəqliyyat
    02.06.2025
    Emil
         Çin şirkəti XPeng süni zəka əsaslı avtonom idarəetmə funksiyasına malik MONA M03 Max elektromobilinitəqdim edib. Yeni model NVIDIA Orin-X çiplərində çalışan Turing sistemi, 27 sensor və XGPT əsaslı səsli köməkçi ilə təchiz olunub və əlavə pullu abunə tələb etmədən qabaqcıl süni zəka idarəetməsinə malik ən əlçatan elektromobillərdən biri hesab olunur. NVIDIA Orin-X çipinin 508 TOPS-luq hesablama gücü bu seqmentdəki analoqlardan 4 dəfə yüksəkdir. Surround Reality sistemi vasitəsilə elektromobil 50-dən çox yol elementini - yol nişanları və müxtəlif maneələr daxil olmaqla - tanıya bilir.
         Sürücü istənilən anda süni zəka sistemini deaktiv etmədən idarəetməni öz üzərinə götürə bilər. MONA M03 Max modeli iki fərqli yürüş ehtiyatı versiyasında təqdim olunur: 600 502 km. Plus modifikasiyasında isə bu göstəricilər müvafiq olaraq 620 515 km-ə qədər artır. Salon yenilənmiş AI Tianji 5.7.0 multimedia sistemi ilə təchiz edilib. Bu sistem XGPT əsaslı səsli köməkçiyə malikdir və əmrlərin 90%-dən çoxunu 1 saniyə ərzində emal edə bilir. O, təbii dilə əsaslanan dialoqları dəstəkləyir və mürəkkəb sorğular üçün dərin analiz rejimi təqdim edir.
         Mərkəzdə yerləşən 15.6 düym ölçülü ekran 18 ədəd səsgücləndiricidən təşkil edilmiş audio sistemi ilə tamamlanır. Hal-hazırda XPeng MONA M03 Max yalnız Çində satışdadır və onun qiyməti təxminən 20 000$ təşkil edir. Lakin şirkət bildirib ki, bu seriyadan olan növbəti avtomobillər beynəlxalq bazarlarda da təqdim olunacaq. Bildirilir ki, 2024-cü ilin avqustunda MONA M03 Pro versiyasının satışa çıxarılmasından bəri XPeng artıq 120 000 ədəd avtomobil təhvil verib və bu, Çində elektromobil sahəsində fəaliyyət göstərən startaplar arasında satış rekordu sayılır.
    Paylaş