main-post-cover

    Red Bull RB17 hiperkarı təqdim edilib - QİYMƏTİ

    Nəqliyyat
    22.07.2024
    Emil Nəcəfov
         Məşhur enerji içkisinin istehsalçısı olan Red Bull öz hiperkarını təqdim edib. Təqdim edilmiş hiperkar RB17 adlanır. Sözügedən avtomobil 1200 at gücünə sahib 4.5 litr həcmli mühərriki əldə edib. Bu mühərrik hiperkara saatda 349 km sürət yığmağa imkan verir. Mühərrikin özü isə dəqiqədə 15 000 dövretmə sürətində çalışa bilir. Avtomobil üstəlik 18 düym ölçülü təkərləri əldə edib. RB17-nin hazırlanmasında Formula-1 dizayneri cəlb edilib. Məlumatda qeyd edilib ki, sözügedən hiperkarın gövdəsinin hazırlanmasında karbon lifindən istifadə edilib. Red Bull tərəfindən hazırlanmış bu hiperkarın qiyməti 7.5 milyon dollar təşkil edir. Şirkət bu hiperkardan cəmi 50 ədəd istehsal etməyi planlaşdırır. Şirkət həmçinin hər bir potensial alıcıya unikal dizaynı da söz verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər