Logo
    main-post-cover

    Sony-dən avtomobillər üçün qeyri-adi yenilik!

        Sony-nin uzun müddətdir gözlənilən elektrik avtomobili Afeela 1 avtomobil sənayesində maraqlı bir yeniliyə imza atmağa hazırlaşır. Məlumata görə, bu model rəqəmsal nömrə nişanı təklif edən ilk avtomobil olacaq. TechRadar-ın yazdığına görə, Sony Honda Mobility şirkəti bu texnologiya üçün Reviver adlı şirkətlə əməkdaşlıq edir. Reviver-in RPlate adlanan texnologiyası sürücülərə avtomobilin nömrə nişanını mobil tətbiq vasitəsilə fərdiləşdirməyə imkan verir.
    Sony Afeela 1
        Rəqəmsal nömrə nişanı batareya ilə işləyən, yüksək keyfiyyətli monoxrom ekrana malikdir. İstifadəçilər fon rəngini ağ və ya qara arasında dəyişə, həmçinin nömrənin alt hissəsinə müxtəlif şriftlərlə əlavə mətn yerləşdirə bilirlər. Bu mətnlər sosial şəbəkə istifadəçi adları, şüarlar və ya qısa mesajlar ola bilər. Məsələn, sürücülər Instagram istifadəçi adlarını da nömrə nişanında göstərə biləcəklər.
        Sony Honda Mobility tərəfdaşlıqla bağlı detalları paylaşmasa da, bu addımın Afeela avtomobilinin ağıllı texnologiyaların avtomobilin bütün hissələrinə inteqrasiyası strategiyasının bir hissəsi olduğu bildirilir. Qeyd edək ki, Afeela 1 hələ satışa çıxarılmayıb və avtomobil əvvəlki illərdə bir neçə dəfə CES sərgisində nümayiş etdirilib.
     
    Paylaş