Tesla büdcəli elektromobil istehsalı ideyasından imtina edib
Nəqliyyat
08.04.2024
Farid Pardashunas
Elon Musk uzun illər ərzində Tesla-nın büdcəli elektromobil hazırlayacağını söz verirdi. Lakin görünür, şirkət büdcəli elektromobil ideyasından imtina edib. Bu barədə Reuters saytı öz mənbələrinə istinadən xəbər verib. Musk-ın 2006-cı ildə anons etmiş olduğu əsas plana əsasən Tesla ilk növbədə premium elektromobillər istehsal etməli və daha sonra əldə edilmiş gəlir hesabına bahalı olmayan ailəvi elektromobil hazırlamaq idi. Bu ilin əvvəlində Musk investorlara bildirmişdi ki, Tesla 2025-ci ilin ortasından başlayaraq büdcəli elektromobilin istehsalına başlayacaq. Hal-hazırda şirkətin ən ucuz qiymətə satılan elektromobili Tesla Model 3-dür. ABŞ-da onun qiyməti 39 000$-dan start götürür.
Musk-ın planında olmuş büdcəli elektromobilin qiyməti isə 25 000$ təşkil etməli idi. Reuters-in mənbələrinin vermiş olduqları məlumata əsasən Tesla büdcəli elektromobil əvəzinə pilotsuz taksilərin hazırlanması ilə məşğul olacaq. Məlumatda qeyd edilib ki, şirkətin öz istiqamətini ani olaraq dəyişməsi bazarda çoxlu sayda ucuz Çin istehsalı elektromobillərin olmasıdır. Həmin elektromobillərin bəziləri hətta 10 000$-a satılır. Məlumata əsasən Tesla-nın büdcəli elektromobil ideyasından imtina qərarı fevral ayının sonunda şirkət daxilində baş tutmuş iclasda elan edilib. Açıq aydın görünür ki, Tesla bahalı olmayan elektromobillər bazarına daxil olmaq mövzusunda bir xeyli gecikib.
Əgər şirkət büdcəli elektromobili üzərində işləri davam etdirsəydi, o, 2025-ci ilin ikinci yarısından tez satışa çıxmayacaqdı. Lakin elektromobil bazarında giriş seqmentinə aid olan modellərin sayı olduqca çoxdur. Onlar əsasən Çin istehsalçıları tərəfindən cəlbedici qiymətə təklif olunurlar. Tesla-nın bu bazara daxil olmaqda gecikməsi əsasən Musk-ın əsas qərarlarından biri ilə bağlıdır. Belə ki, 2020-ci ildə Model Y elektromobilini satışa çıxarandan sonra şirkət əsas diqqətini büdcəli elektromobilin hazırlanmasına deyil, Cybertruck-a ayırdı. Tesla Cybertruck keçən il satışa çıxdı. Lakin eyni müddət ərzində Çinin BYD şirkətinin yerli bazarda elektromobillərinin satışları 130 000-dən 1.5 milyona yüksəldi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk süni zəkanın insanlara qarşı çıxması ehtimalının nə qədər yüksək olduğunu səsləndirib
Elon Musk süni zəkanın insanlara qarşı çıxması ehtimalının nə qədər yüksək olduğunu səsləndirib
Baş tutmuş Great AI Debate adlı seminar çərçivəsində çıxış etmiş Elon Musk müasir süni zəka alqoritmlərinin inkişafları ilə bağlı fikirlərini səsləndirib.
Elon Musk süni zəka əsaslı Grok 1.5 çat-botunu anons edib
Elon Musk süni zəka əsaslı Grok 1.5 çat-botunu anons edib
Elon Musk özünün xAI şirkəti tərəfindən hazırlanmış Grok adlı süni zəka əsaslı çat-botunun yeni versiyasını anons edib.
Neuralink-in görmə məhdudiyyətli insanlar üçün göz çipi anons edilib
Neuralink-in görmə məhdudiyyətli insanlar üçün göz çipi anons edilib
Neuralink-in təsisçisi və sahibi olan Elon Musk şirkətin yeni məhsulunu anons edib.
Elon Musk: "2029-cu ilə qədər süni zəka bütün insanlardan ağıllı olacaq"
Elon Musk: "2029-cu ilə qədər süni zəka bütün insanlardan ağıllı olacaq"
Elon Musk süni zəkanın inkişafı ilə bağlı yeni fikirlərini bildirib.
Elon Musk, OpenAI şirkətini məhkəməyə verib
Elon Musk, OpenAI şirkətini məhkəməyə verib
Elon Musk, OpenAI şirkətini qeyri-kommersiya missiyasını pozmasında və özünün ən güclü məhsulu olan GPT-4 adlı böyük dil modeli barəsində məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq şirkəti məhkəməyə verib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!