Tesla Çində milyonlarla Model 3 və Model Y-ni geri çağırır
Tesla Çində avtomobilləri ilə bağlı iki böyük geri çağırma elan edib. Şirkət təxminən 3 milyon avtomobili fövqəladə hallarda qapının mexaniki şəkildə açılması ilə bağlı problemə, ayrıca 2,7 milyondan çox avtomobili isə sürücüyə nəzarət sistemindəki çatışmazlığa görə geri çağırır. Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının (SAMR) məlumatına görə, ilk geri çağırma ümumilikdə 2 milyon 975 min 910 Tesla avtomobilini əhatə edir.
Tesla avtomobillərinin xarici qapı tutacaqları kuzovla eyni səviyyədə yerləşir, salondan isə qapılar əsasən düymə vasitəsilə açılır. Elektron sistem işləmədiyi halda qapını açmaq üçün avtomobildə ayrıca mexaniki açma mexanizmi də mövcuddur. Çin tənzimləyicisinin fikrincə, bu mexanizmin rəngi avtomobilin salonundakı örtüklə həddindən artıq oxşardır. Nəticədə qəza və ya digər fövqəladə vəziyyət zamanı sərnişinlər mexaniki qapı açacağını tapmaqda və istifadə etməkdə çətinlik çəkə bilərlər.
Bu problemə görə Çində istehsal edilmiş 973 156 ədəd Model 3 və 1 956 713 ədəd Model Y geri çağırılır. Bundan başqa, idxal edilmiş 35 590 Model 3, 8 328 Model X və 2 123 Model S də geri çağırmaya daxildir. Oxşar problemlə əlaqədar Xiaomi, Xpeng və Geely kimi digər avtomobil istehsalçıları da Çində müəyyən modellərini geri çağırıblar.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...