
Tesla Cybercab-ın salonu sərgilənib (VİDEO)
Nəqliyyat
10.12.2024
Emil
Tesla şirkəti oktyabr ayında Cybercab adlı pilotsuz taksini təqdim etdi. İndi isə Elon Musk özünün X (keçmiş Twitter) hesabında bu pilotsuz taksinin salonunu sərgiləyən videonu bölüşüb. Məlum olub ki, Tesla Cybercab-ı buna bənzər digər nəqliyyat növlərindən fərqləndirən əsas özəllik ondadır ki, o, idarəetmə sisteminə sahib deyil. Yəni Cybercab-da sükan ilə pedallar yoxdur. Videodan da göründüyü kimi pilotsuz taksinin salonu minimalistik tərzdə hazırlanıb. O özündə iki nəfər sərnişin üçün nəzərdə tutulmuş oturacaqları və mərkəzi hissədə sensorlu ekranı birləşdirir. Sensorlu ekran sayəsində sərnişinlər təyinat nöqtəsini qeyd edə biləcəklər. Qeyd etmək lazımdır ki, Cybercab-ın kütləvi istehsalına 2026-cı ildə start verilməsi planlaşdırılır. Bununla belə Musk bildirib ki, kütləvi istehsal prosesi 2027-ci ilə qədər gecikə bilər. Qeyd etmək lazımdır ki, Tesla bu pilotsuz taksi nəqliyyatının texniki imkanlarını hələ açıqlamayıb.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
