
Tesla Cybercab-ın yeni fotoları ortaya çıxıb
Nəqliyyat
29.10.2024
Emil
Tesla şirkəti bir neçə müddət bundan öncə pilotsuz taksi nəqliyyatı olan Tesla Cybercab-ı təqdim etmişdi. Daha sonra isə şirkət Halloween-ə həsr edilmiş Frunk or Treat adlı tədbiri keçirib. Həmin tədbirdə Tesla Cybercab yenidən sərgilənib. Təqdimat tədbirindən fərqli olaraq Frunk or Treat tədbiri gündüz vaxtı keçirildiyi üçün insanlar pilotsuz taksi elektromobilinin dizaynını daha yaxşı qiymətləndirə biliblər. Təbii ki, bu səbəbdən Tesla Cybercab-ın yeni fotoları ortaya çıxıb. Fotolara əsasən fikir yarana bilər ki, elektromobilin gövdəsi qızılı rəngdədir. Lakin istifadəçilərin sözlərinə əsasən bu, işığın effektidir. Tesla Cybercab-ın texniki imkanları barəsində hələ heç bir rəsmi məlumat yoxdur.




Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
