Logo
    main-post-cover

    Tesla Cybercab istehsala başladı

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Elon Musk bildirib ki, Tesla şirkətinin uzun müddətdir gözlənilən tam avtonom nəqliyyat vasitəsi olan Cybercab artıq istehsal mərhələsinə keçib.
        Musk X platformasında paylaşdığı videoda Cybercab modellərinin istehsal xətti boyunca hərəkət etdiyini göstərib. Görüntülərin ABŞ-nin Texas ştatında yerləşən Giga Texas zavodunda çəkildiyi bildirilir. Eyni zamanda Tesla-nın rəsmi Robotaxi hesabı da Cybercab avtomobillərinin magistral yolda kolonna şəklində hərəkət etdiyi videonu yayımlayıb.
    Tesla Cybercabs lined up at Giga Texas in Austin, on Apr. 8, 2026.
        Şirkətə görə, ilk Cybercab avtomobili 18 fevral 2026-cı ildə istehsal xəttindən çıxıb. Daha əvvəl Tesla 2025-ci ilin son rüb hesabatında bu modelin istehsalını 2026-cı ilə planlaşdırdığını açıqlamışdı. 2026-cı ilin birinci rüb hesabatında isə həm Cybercab, həm də Tesla Semi modelinin bu il kütləvi istehsala keçəcəyi qeyd olunub.
        İlkin mərhələdə istehsal həcmi məhdud olacaq. Halbuki Musk təqdimat zamanı tam istehsal gücündə ildə 2 milyon Cybercab istehsal etməyi planlaşdırdıqlarını, bu isə həftədə təxminən 38 min avtomobil demək olduğunu bildirmişdi. Hazırda isə real istehsalın yüzlərlə avtomobil səviyyəsində olduğu ehtimal edilir. Bundan əlavə, Cybercab modellərinin yollara çıxması üçün hələ də tənzimləyici qurumların təsdiqi tələb olunur.
        Aprelin əvvəlində Giga Texas ərazisində təxminən 60 Cybercab avtomobilinin müşahidə edildiyi də bildirilir. Maraqlıdır ki, bəzi erkən prototiplərdə sükan olduğu qeyd edilsə də, Musk-ın paylaşdığı son modellərdə sükan və pedallar yoxdur, onların yerini böyük ekranlar tutur. Tesla 2024-cü ildə keçirilən “We, Robot” tədbirində Cybercab modelini təqdim etmişdi. Bu avtomobil tam avtonom elektrik nəqliyyat vasitəsi kimi nəzərdə tutulub və sükan, pedal kimi klassik idarəetmə elementlərinə malik deyil. Qapıları isə “kəpənək qanadı” dizaynındadır.
        Hazırda ABŞ-də fəaliyyət göstərən Tesla Robotaxi xidməti isə fərqli texnologiyaya əsaslanır. Bu sistemdə istifadə olunan avtomobillər Tesla Model Y modelləridir və onlar sükan və pedallarla təchiz olunub. Avtomobillər sürücüsüz hərəkət etsə də, təhlükəsizlik məqsədilə yaxınlıqda insan nəzarətçilər mövcuddur. Bu xidmət 2025-ci ildə istifadəyə verilib və Waymo və Uber kimi şirkətlərlə rəqabət aparır.
     
    Paylaş