
Tesla Cybercab pilotsuz taksilərinin distant idarəsi üçün iıçi axtarışındadır
Nəqliyyat
05.12.2024
Emil
Tesla şirkəti oktyabr ayında Cybercab adlı pilotsuz taksini təqdim etdi. Bununla yanaşı Elon Musk-ın sözlərinə əsasən artıq 2026-cı ildə şirkətin pilotsuz taksi servisi istifadəyə verilməlidir. Lakin bu mövzuda bir nüans var. Belə ki, Tesla şirkətinin saytındakı vakansiyalar sayəsində məlum olub ki, şirkət öz pilotsuz taksisinin distant idarəsi üçün nəzərdə tutulmuş işçilərin axtarışındadır. Vakansiyanın təsvirində qeyd edilib ki, şirkət pilotsuz taksinin və hətta insanabənzər robotun distant idarəsinə istiqamətlənmiş operatorlardan ibarət komandanı formalaşdırır.
Bununla yanaşı vakansiyada qeyd edilib ki, pilotsuz nəqliyyat növünün idarəsinə istiqamətlənmiş süni zəkanın hələ təkmilləşdirilmə prosesində olduğu üçün elektromobilin distant şəkildə idarəsinə ehtiyac duyulur. Tesla potensial işçiləri yüksək keyfiyyətli VR cihazlarla təmin etməyə söz verib. Bu cür VR cihaz vasitəsilə işçi pilotsuz taksini daha rahat şəkildə distant idarə edə biləcək. Qeyd etmək lazımdır ki, Tesla bu cür praktikanı reallaşdıran ilk şirkət deyil. Məsələn General Motors-a məxsus olan Cruise brendi və Google şirkətinə məxsus olan Waymo layihəsi öz avtomobillərində bənzər praktikanı reallaşdırırlar.
Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
