Logo
    main-post-cover

    Tesla Cybertruck, Çeçenistan prezidenti tərəfindən üzərinə silah yerləşdirildiyinə görə, uzaqdan söndürülüb!

    Nəqliyyat
    23.09.2024
    Aslan

         Çeçenistan Prezidenti Ramzan Kadirov-un hədiyyə gəldiyini iddia etdiyi və avtomatik tüfəklə təchiz etdiyi Tesla Cybertruck, uzaqdan giriş vasitəsilə istifaəsi dayandırılıb.

         Ötən ay Çeçenistan Prezidenti Ramzan Kadirov, Elon Musk-ın ona bir Tesla Cybertruck hədiyyə etdiyini iddia etmiş və avtomobili pulemyotla təchiz edərək çəkdirdiyi fotolarla gündəmə gəlmişdi. Elon Musk isə daha sonra bunun yalan olduğunu və belə bir hədiyyənin verilmədiyini açıqlamışdı. Bu həftə isə Kadirov-un avtomobilinin uzaqdan deaktiv edildiyi məlum olub. Kadirov, Telegram hesabında Musk-ın bunu ona hədiyyə verdiyini, lakin sonradan uzaqdan bağladığını bildirib.
    View post on X
         Tesla-nın qanun pozan avtomobilləri uzaqdan deaktiv etmək hüququna sahib olduğu məlumdur. Ramzan Kadirov-un da Tesla Cybertruck-ı qanunsuz yolla əldə etdiyi və sosial medianı yanıltdığı ehtimal olunur.
    View post on X
     
    Paylaş