Tesla FSD artıq yalnız abunəliklə satılacaq
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Elon Musk yaxın vaxtlarda Tesla üçün Full Self-Driving (FSD) funksiyasını birdəfəlik satışdan çıxaracaq. Onun sözlərinə görə, 14 fevraldan sonra FSD artıq yalnız aylıq abunəlik formasında təklif olunacaq.
Musk bu açıqlamanı X platformasında paylaşıb. Bu qərar Tesla sahiblərinə FSD-ni ömürlük almaq üçün cəmi bir ay vaxt qoyur. Hazırda Model 3, Model Y və Cybertruck AWD versiyalarında FSD ayrıca 8 000 dollar dəyərində opsiya kimi təklif olunur. Digər modellərdə, Model S, Model Y-nin bəzi versiyaları və Cybertruck Cyberbeast variantında isə bu funksiya avtomobilin qiymətinə daxildir.
Tesla FSD-ni hazırda “Full Self-Driving (Supervised)” adı ilə təqdim edir. Şirkət bildirir ki, sistem avtomobilin demək olar ki, hər yerə sürülməsini mümkün etsə də, sürücünün daim nəzarəti tələb olunur və avtomobil hələ tam avtonom deyil. Bundan əlavə, bəzi funksiyaların aktivləşməsi ölkədən asılı olaraq qanunvericilik və tənzimləyici icazələrə bağlıdır.
Paylaş