Logo
    main-post-cover

    Tesla-nın elektrik yük maşını Semi, qəzadan sonra alovlanaraq yanıb!

    Nəqliyyat
    21.08.2024
    Farid

         ABŞ-ın Kaliforniya ştatında Nevada sərhədi yaxınlığında Tesla-nın elektrik yük maşını Semi, yanıb. Yanğının Semi-nin ağaca dəyməsi nəticəsində baş verdiyi bildirilir.

         Məlumatlara görə, Tesla Semi, avtomobil yolunun kənarındakı ağaclara çırpılaraq alovlanıb və nəticədə yolun 16 saat bağlı qalmasına səbəb olub. Bildirilir ki, yanğınsöndürənlər Semi-yə su töküblər və litium-ion batareya paketini idarə olunan temperatura qədər soyudublar, bundan sonra isə detallların yanması gözlənilib. Avtomobilin yanğından sonrakı qalıqları isə Tesla-nın Nevada-dakı Gigafactory-ə daşınacaq.
         Səlahiyyətlilər qəzanın səbəblərini, o cümlədən sağ qalan sürücünün avtomobili idarə edərkən yatıb-yatmadığını araşdırır. Digər tərəfdən, yanmış Semi yük maşını, Gigafactory Nevada-dan Tesla-nın Kaliforniyadakı avtomobil istehsalı müəssisəsinə yeni istehsal olunan batareyaları daşımaq üçün istifadə olunurdu. Qəza zamanı isə Semi-də heç bir yük olmayıb.
    View post on X
         Tesla-nın bu bölgədəki yanğını əslində bir ilk deyil. Şirkətin meqavatlıq enerji saxlama batareyaları 2022-ci ildə yerli bir kommunal xidmətdə yanmışdı. Bununla belə, ümumi təsəvvürə baxmayaraq, elektrik nəqliyyat vasitələrinin qalıq yanacaqla işləyən avtomobillərdən daha yüksək sürətlə alovlandığına dair heç bir statistik sübut yoxdur. Daha müasir elektrik avtomobillərində hətta akkumulyatordakı yanğını idarə etmək və yanğının digər detallara yayılmasının qarşısını almaq üçün sistemlər var.
    Paylaş