Tesla-nın HW3 sistem kompüterinə sahib elektromobilləri tam avtopilot funksiyasını əldə etməyəcəklər
Nəqliyyat
30.01.2025
Emil
Ötən ilin payızında Elon Musk, HW3 sistem kompüterinə sahib Tesla elektromobillərinin tam avtopilot dəstəyi almayacağını üstüörtülü şəkildə qeyd etmişdi. 2024-cü ilin oktyabr ayında isə o bunun hələ də qeyri-müəyyən olduğunu və texniki cəhətdən çox böyük səylər tələb etdiyini bildirmişdi. Hətta bu prosesi uğurla həyata keçirsələr belə, HW3 sistemində tam təhlükəsizliyi təmin etməyin mümkün olmayacağını da əlavə etmişdi.
Technote.az Electrek saytına istinadən xəbər verir ki, bu həftə, Tesla rəhbərliyinə HW3 sistem kompüterlərinə sahib elektromobillərin tam avtopilot dəstəyi alıb-almayacağı barədə sual verilib. Şirkətin müvafiq bölməsinin rəhbəri Ashok Ellusvamy, "biz bu ideyadan tamamilə imtina etməmişik" cavabını versə də, Elon Musk dərhal məsələyə aydınlıq gətirib:
"Həqiqət budur ki, FSD (Full-Self Driving) paketi almış bütün elektromobillərdə HW3 kompüterlərini dəyişdirməli olacağıq."
Tesla artıq bu cür dəyişiklikləri əvvəllər də həyata keçirib. Şirkət, Hardware 2.5 (HW2.5) sisteminə sahib elektromobillərin FSD paketi almış sahiblərinə Hardware 3 (HW3) kompüterlərini pulsuz dəyişdirmişdi.
İndi isə HW3 kompüterlərinin HW4 ilə əvəzlənməsi planlaşdırılır. Lakin bu yeniləmə yalnız 15.000$ dəyərində Full Self-Driving (FSD) paketini satın almış müştərilər üçün pulsuz olacaq. Digər istifadəçilər üçün isə belə bir təkmilləşdirmə nəzərdə tutulmur.
Paylaş
Bənzər xəbərlər
Nəqliyyat
Tesla pilotsuz taksi xidmətini bu ilin birinci yarısında istifadəyə verəcək
Technote.az Electrek saytlına istinadən bildirir ki, Tesla şirkəti, 2025-ci ilin iyun ayında Texasın paytaxtı Ostində insan nəzarəti tələb etməyən tam avtopilot funksiyasını ödənişli xidmət kimi istifadəyə verməyi planlaşdırır.
Nəqliyyat
Yenilənmiş Tesla Model Y təqdim edilib - QİYMƏTİ
Tesla şirkəti özünün Model Y elektromobilinin yenilənmiş versiyasını təqdim edib. Model Y-ın yenilənmiş versiyası Çin bazarı və Asiya-Sakit okeanı regionu üçün nəzərdə tutulub.
Nəqliyyat
2024-cü ildə dünyanın ən böyük elektromobil istehsalçısı BYD olub
Tesla artıq dünyanın ən böyük elektromobil istehsalçısı deyil. 2024-cü ildə bu şirkət ümumilikdə 1 773 443 ədəd elektromobil istehsal edib. Lakin digər bir istehsalçı bu mövzuda Tesla-nı geridə qoymağı bacarıb.
Tech-Biznes
Elon Musk sərvəti 400 milyard dolları keçən ilk insan kimi adını tarixə yazdırıb!
Elon Musk 400 milyard dollarlıq sərvəti keçərək bunu bacaran ilk insan kimi tarixə düşüb. Bəs Musk bu rəqəmə necə nail olub?
Nəqliyyat
Sürücüsüz Tesla Cybercab-ın Model 3-ün sadəcə yarısı qədər parçaya sahib olduğu ortaya çıxıb!
Tesla-nın bir müddət əvvəl təqdim etdiyi tamamilə sürücüsüz elektrik avtomobili Cybercab ilə bağlı yeni detallar paylaşılıb. Verilən məlumatlara görə, Tesla Cybercab, Model 3-ün cəmi yarısı qədər parçaya sahibdir.
Ən çox oxunanlar