Tesla-nın Model Q adlı yeni elektromobili barəsində məlumatlar ortaya çıxıb
Tesla rəsmisi bir neçə müddət bundan öncə şirkət investorları ilə görüş çərçivəsində Model Q adlı yeni elektromobil barəsində bəzi məlumatlar verib. Qeyd etmək lazımdır ki, Tesla-nın bu yeni elektromobili həmçinin Redwood kod adı ilə də tanınır. Şirkət bu elektromobili hələ təqdim etməyib. Beləliklə investorlarla görüş çərçivəsində Tesla rəsmisi bildirib ki, Model Q elektromobili Model 3-dən 15% daha kiçik ölçüdə və 30% daha yüngül olacaq.
Bunun sayəsində yeni elektromobilin istehsalat xərcləri daha aşağı olmalıdır. Model Q iki versiyada satılacaq. Onlar öz aralarında batareya həcmi ilə fərqlənəcəklər. Məlumatda qeyd edilib ki, Model Q-nün yüksək qiymətli versiyası bir dəfə şarj olunandan sonra 500 km yol qətt edə biləcək. Gözləntilərə əsasən bu yeni elektromobilin qiyməti 30 000$ daha aşağı göstəricidə start götürəcək. Model Q-nün istehsalına Tesla-nın Texas ştatındakı zavodunda start verilə bilər. Heç istisna deyil ki, elektromobil gələn il satışa çıxsın.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar