Logo
    main-post-cover

    The Boring Company-nin dəyəri üç dəfədən çox arta bilə

        Elon Musk-ın tunel tikintisi sahəsində fəaliyyət göstərən The Boring Company şirkəti yeni investisiya raundu üçün danışıqlar aparır. The Wall Street Journal nəşrinin məlumatına görə, şirkət 20 milyard dollar dəyərləndirmə əsasında 4 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. Məlumata əsasən, sövdələşmə hələ yekunlaşmayıb və şərtlərdə dəyişiklik ola bilər. Əgər razılaşma bu şərtlərlə baş tutarsa, bu, şirkətin dəyərinin son illərdə əhəmiyyətli dərəcədə artdığını göstərəcək. Müqayisə üçün qeyd edək ki, The Boring Company 2022-ci ildə keçirilən son investisiya raundunda 5,7 milyard dollar dəyərləndirilmişdi.
    Urban tunnels by Musk's Boring Co. draw industry skepticism
        Hazırda şirkət ABŞ-nin Las Veqas şəhərində tunellər və yerüstü yolları birləşdirən nəqliyyat sistemi idarə edir. Bu sistemdə sərnişinlər müxtəlif stansiyalar arasında Tesla elektromobilləri ilə daşınırlar. Şirkət gələcəkdə NeşvillDubay şəhərlərində yeni tunel şəbəkələri qurmağı planlaşdırır. Bundan başqa, Baltimor, Çikaqo və Los-Anceles üçün də oxşar layihələr təklif etdiyi bildirilir.
    Paylaş