Toyota 3D printerdə çap edilmiş gövdəyə sahib off-road avtomobil konseptini sərgiləyib
Nəqliyyat
01.07.2024
Emil Nəcəfov
Yaponiyanın avtomobil istehsalçısı olan Toyota 4 nəfər sərnişin üçün nəzərdə tutulmuş off-road avtomobilinin konseptini sərgiləyib. Konsepti sərgilənmiş bu avtomobilin əsas fərqləndirici özəlliyi ondadır ki, onun gövdəsinin detalları 3D printerdə çap edilib. Avtomobilin 3D printerdə çap edilmiş gövdə materialı polipropilen qətran listlərindən təşkil edilib və əlavə olaraq karbon lifləri vasitəsilə gücləndirilib. Avtomobil gövdəsinin komponentləri Yaponiyanın Mitsui Chemicals və ARRK adlı şirkətlər ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Gövdə detallarının çap prosesində isə ExtraBold Inc. şirkətinin EXF-12 adlı 3D printerindən istifadə edilib. Sözügedən avtomobilin gövdə materialının əsas özəlliyi ondadır ki, o, avtomobil çəkisinin aşağı salınmasına imkan verir və üstəlik avtomobilin istismarı göstəricilərini yaxşılaşdırır. Məlumata əsasən Tafnex adını əldə etmiş gövdə materialı üstəlik uçan nəqliyyat növlərində də istifadə edilə bilər. Bu material su altında əyilmə və yüksək temperatur testlərindən uğurla keçib. Bu off-road avtomobilin yeni versiyasının bu il anons olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Toyota, Mazda, Honda, Suzuki və Yamaha markalı avtomobil istifadəçilərinin diqqətinə: Avtomobilinizdə təhlükəsizlik problemləri ola bilər!
Toyota, Mazda, Honda, Suzuki və Yamaha markalı avtomobil istifadəçilərinin diqqətinə: Avtomobilinizdə təhlükəsizlik problemləri ola bilər!
Yapon avtomobil istehsalçılarının təhlükəsizlik testlərində aldatdıqları aşkarlanıb. Yaponiyaya görə, bu şirkətlər Toyota, Mazda, Honda, Suzuki və Yamaha-dır. Hətta bəzi istehsalçılar istehsalı belə dayandırıblar.
Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün güclərini birləşdirir!
Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün güclərini birləşdirir!
Bildirilir ki, Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün süni intellekt və çiplər üzərində birləşəcək. Məlumatlara görə, əməkdaşlıq 7 sahəni əhatə edəcək.
Toyota gələcəyin miniven konseptini sərgiləyib
Toyota gələcəyin miniven konseptini sərgiləyib
Toyota-ya məxsus olan Boshoku adlı brend Pekin avtomobil sərgisi çərçivəsində gələcəyin miniven avtomobil konseptini sərgiləyib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!