Toyota avtomobillər üçün öz oyun mühərrikini hazırladı
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Toyota avtomobillərin rəqəmsal idarəetmə sistemləri üçün öz oyun mühərrikini hazırlayıb. Fluorite adlı bu mühərrik Toyota Connected North America komandası tərəfindən yaradılıb və ilk dəfə FOSDEM 2026 konfransında təqdim edilib.
Layihənin aparıcı mühəndisi Ceymi Kerberin sözlərinə görə, oyun mühərrikindən istifadə avtomobillərin “digital cockpit” sistemlərində bir sıra üstünlüklər yaradır. Buraya avtomobil üçün 3D addım-addım təlimatlar, ətraf mühitin real vaxtda vizuallaşdırılması və daha təbii idarəetmə interfeysləri daxildir. Hazırda avtomobil sənayesində bir çox şirkət daxili interfeyslər üçün Unreal Engine və Unity kimi məşhur oyun mühərriklərindən istifadə edir. Xüsusilə Epic Games avtomobil istehsalçılarını bu texnologiyalara cəlb etmək üçün aktiv fəaliyyət göstərir. Lakin yüksək lisenziya xərcləri və avtomobillərdə istifadə olunan nisbətən zəif hardware bu mühərriklər üçün ciddi məhdudiyyət yaradır.
Toyota-nın Fluorite mühərriki isə bu problemləri aradan qaldırmağı hədəfləyir. Rəsmi məlumata görə, Fluorite “konsol səviyyəli ilk oyun mühərriki”dir və tam şəkildə Flutter SDK ilə inteqrasiya olunub. O, aşağı güclü və daxili (embedded) sistemlərdə yüksək performans göstərir və oyun konsollarına yaxın səviyyədə hardware-sürətləndirilmiş qrafika təqdim edir. Bununla belə, Fluorite hələ inkişafın ilkin mərhələsindədir. Komanda mühərrikin gələcək yol xəritəsini formalaşdırmaq və layihəni genişləndirmək üçün digər mühəndis komandaları ilə əməkdaşlıq axtarışındadır.
Paylaş