Toyota, Mazda, Honda, Suzuki və Yamaha markalı avtomobil istifadəçilərinin diqqətinə: Avtomobilinizdə təhlükəsizlik problemləri ola bilər!
Nəqliyyat
04.06.2024
Farid Pardashunas
Yapon avtomobil istehsalçılarının təhlükəsizlik testlərində aldatdıqları aşkarlanıb. Yaponiyaya görə, bu şirkətlər Toyota, Mazda, Honda, Suzuki və Yamaha-dır. Hətta bəzi istehsalçılar istehsalı belə dayandırıblar.
Yaponiyanın yüksək səviyyəli hökumət sözçüsü Yoshimasa Hayashi, sui-istifadə hallarını “təəssüf doğuran” adlandırıb. Yaponiya Nəqliyyat Nazirliyi, keçən il Toyota-nın Daihatsu kompakt avtomobil bölməsində ortaya çıxan təhlükəsizlik testi qalmaqalından sonra başladılan araşdırmalarda sənayedəki vəziyyəti ortaya qoyub. Toyota Motor və Mazda, modellərin sertifikatlaşdırılması üçün edilən müraciətlərdə pozuntular aşkar edildikdən sonra bəzi avtomobillərin daşınmasını dayandırıb. Nazirlik həmçinin Toyota, Mazda və Yamaha şirkətlərinə bəzi avtomobillərin daşınmasını dayandırmağı tələb edib.
“Toyota Qrupunun rəhbəri kimi mən müştərilərimizdən, avtomobil həvəskarlarımızdan və investorlarımızdan səmimi qəlbdən üzr istəyirəm” deyə avtomobil istehsalçısının nəvəsi və keçmiş baş direktor Akiod Toyoda, mətbuat konfransında bildirib. Toyoda, avtomobillərin satılmazdan əvvəl düzgün sertifikatlaşdırma prosesindən keçmədiyini söyləyib. Həcm baxımından dünyanın ən böyük avtomobil istehsalçısı, Yaponiyada istehsal edilən 3 avtomobil modelinin daşınmasını və satışını müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Toyota bildirib ki, səhv 2014, 2015 və 2020-ci illərdə həyata keçirilən 6 fərqli sınaq zamanı baş verib. Təsirə məruz qalan avtomobillərin Corolla Fielder, Corolla Axio, Yaris Cross, Crown, Isis, Sienta və Lexus RX olduğu açıqlanıb. Məlumatlara görə, bu vasitələrin toqquşma testlərində ölçmələr hər iki tərəfdən deyil, bir tərəfdən aparılıb. Bəzi nümunə hallarda isə testlər, tələb olunan şəraitdə həyata keçirilməyib.
Toyota, avtomobillərin yanacaq səmərəliliyi və emissiyaları ilə bağlı məsələlərin hələ də araşdırıldığını və bu araşdırmanı iyunun sonuna qədər başa çatdırmağı hədəflədiyini söyləyib. Toyota, həmçinin qaydaları pozan heç bir performans probleminin olmadığını və müştərilərin avtomobillərindən istifadəni dayandırmasına ehtiyac olmadığını bildirib. Mazda, verdiyi açıqlamada, işçilərin mühərrik idarəetmə proqram təminatının test nəticələrini dəyişdirdiyini aşkar etdikdən sonra keçən həftə Roadster RF idman avtomobilinin və Mazda2 hetçbekinin tədarükünü dayandırdığını söyləyib. Bundan əlavə, artıq istehsalda olmayan Atenza və Axela modellərinin toqquşma testlərində bəzi ön qəza testləri zamanı hava yastıqlarını işə salan sensora güvənmək əvəzinə, hava yastıqlarını işə salmaq üçün taymerdən istifadə edilərək saxtalaşdırıldığı müəyyən edilib.
Honda, artıq istehsal olunmayan təxminən 2 modeldə 2017-ci ilin oktyabr ayına qədər 8 il ərzində səs-küy və çıxış testlərində pozuntular aşkar etdiyini söyləyib. Yamaha isə bir idman motosikletinin göndərilməsini dayandırdığını bildirib. Sertifikat qalmaqalı çərçivəsində Toyota-nın 1.7 milyon, Honda-nın 4.35 milyon, Mazda-nın 150 min, Suzuki-nin 26 min və Yamaha-nın isə 7 min avtomobilinin təsirləndiyi bildirilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün güclərini birləşdirir!
Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün güclərini birləşdirir!
Bildirilir ki, Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün süni intellekt və çiplər üzərində birləşəcək. Məlumatlara görə, əməkdaşlıq 7 sahəni əhatə edəcək.
Toyota gələcəyin miniven konseptini sərgiləyib
Toyota gələcəyin miniven konseptini sərgiləyib
Toyota-ya məxsus olan Boshoku adlı brend Pekin avtomobil sərgisi çərçivəsində gələcəyin miniven avtomobil konseptini sərgiləyib.
Mazda Arata adlı elektrikli krossover konsepti təqdim olunub
Mazda Arata adlı elektrikli krossover konsepti təqdim olunub
Mazda şirkəti Pekin avtomobil sərgisi çərçivəsində Arata adlı yeni elektromobil konseptini sərgiləyib.
Mazda EZ-6 elektromobili təqdim edilib
Mazda EZ-6 elektromobili təqdim edilib
Yaponiyanın avtomobil istehsalçısı olan Mazda özünün Mazda EZ-6 adlı elektromobilini təqdim edib.
Həftənin xəbərləri
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!
OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!