
Toyota ultra-kompakt ölçülü elektromobil konseptini sərgiləyib
Nəqliyyat
12.03.2025
Emil
Toyota şirkəti FT-Me adlı ultra-kompakt və manevr qabiliyyətli şəhərdaxili elektrikli avtomobilinin konseptini təqdim edib. Yeni model ilk nəsil Smart avtomobilini xatırladır, lakin müasir dizayna, ekoloji üstünlüklərə və smartfon inteqrasiyasına malikdir. Toyota FT-Me cəmi 2.5 metrdən qısa uzunluğa sahib iki nəfərlik elektrik avtomobildir, bu da onu sıx şəhər trafikində ideal nəqliyyat vasitəsinə çevirir. Elektromobil bir parkinq yerinin yarısını tutur və bəzi hallarda yerin cəmi 1/3 hissəsini istifadə edərək perpendikulyar şəkildə park edilə bilir. Yeni model Brüsseldə keçirilmiş tədbirdə təqdim olunub. Elektromobilin dizaynı reaktiv təyyarə pilotunun dəbilqəsindən ilham alıb.

Ağ və qara rənglərin kombinasiyası təhlükəsizlik, etibarlılıq və yüngüllük hissini yaratmaq üçün seçilib. Toyota FT-Me hər kəs üçün əlçatan bir nəqliyyat vasitəsi kimi təqdim edilir, o cümlədən yeniyetmələr və əlillər üçün. Bəzi ölkələrdə bu avtomobili idarə etmək üçün sadəcə ilkin sürücülük vəsiqəsi kifayətdir və artıq 14 yaşdan idarə edilə bilər. Toyota FT-Me-in dizaynı 360 dərəcə görünüş imkanı yaradır. Çoxfunksiyalı sükan sayəsində avtomobil yalnız əllə idarə edilə bilər, bu da əlil arabasında olan insanlar üçün heç bir əlavə modifikasiyaya ehtiyac olmadan istifadəyə imkan yaradır. Qapıların kilidlənməsi və açılması, eləcə də avtomobilin işə salınması smartfondakı rəqəmsal açarla həyata keçirilə bilər.

Toyota ekoloji təmizliyə önəm verərək FT-Me modelində maksimum dərəcədə təkrar emal olunmuş materiallardan istifadə etməyə fokuslanıb. Bunun nəticəsində FT-Me-in istehsalı zamanı CO2 emissiyası adi şəhər avtomobilləri ilə müqayisədə 90% daha azdır. Bu elektromobil standart elektrik avtomobilinə nisbətən 3 dəfə az enerji istehlak edir. Bundan əlavə, FT-Me damında yerləşdirilmiş günəş panelləri ilə təchiz edilib. Bu panellər gündə 20-30 km-ə qədər əlavə yürüş məsafəsi təmin edə bilir. Toyota bildirib ki, əlverişli şəraitdə istifadəçilərin əksəriyyəti avtomobili ümumiyyətlə şarj etməyə ehtiyac duymaya bilər.

Mənbə: Toyota
Paylaş
Bənzər xəbərlər

Nəqliyyat
Toyota 15 000$ satış qiymətinə sahib elektrikli krossoverini təqdim edib
Yaponiyanın Toyota Motor şirkəti dünyanın ən böyük avtomobil istehsalçısı olsa da, mühəndislik həllərində konservativliyi ilə tanınır və elektrikləşmə sahəsində əsas diqqəti hibrid modellərə yönəldir.

Elm & Texnologiya
Toyota kosmik sahəyə maraq göstərməyə başlayıb
Toyota şirkəti CES 2025 sərgisi çərçivəsində raket quruculuğu sahəsinə maraq göstərdiyini elan edib. Belə ki, o, Yaponiyanın Interstellar Technologies adlı aerokosmik şirkətinə investisiya yatırıb.

Elm & Texnologiya
Toyota-nın insanabənzər robotu ən uzaq məsafədən basketbol atmaq üzrə yeni rekord qırıb! (VİDEO)
Toyota-nın robotu 24.55 metr məsafədən basketbol ataraq insanabənzər robot tərəfindən atılmış ən uzaq basket rekordunu qırıb.

Nəqliyyat
Toyota Prius effektiv yanacaq sərfiyyatı mövzusunda dünya rekorduna imza atıb
27 il bundan öncə Toyota şirkəti dünyanın ilk hibrid avtomobilini satışa çıxartmışdı. Söhbət, birinci nəsil Toyota Prius-dan gedir.

Nəqliyyat
Toyota 3D printerdə çap edilmiş gövdəyə sahib off-road avtomobil konseptini sərgiləyib
Yaponiyanın avtomobil istehsalçısı olan Toyota 4 nəfər sərnişin üçün nəzərdə tutulmuş off-road avtomobilinin konseptini sərgiləyib.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
