Logo
    main-post-cover

    Volkswagen Almaniyada pilotsuz servis xidmətini istifadəyə verdi

        Volkswagen qrupunun avtonom mobillik sahəsində fəaliyyət göstərən Moia şirkəti Almaniyanın Hamburq şəhərində sürücüsüz ID Buzz elektrik mikroavtobusları ilə pilot sərnişin daşıma xidmətinə start verib. Bununla da Volkswagen Avropada öz ölkəsində avtonom sərnişin xidmətini istifadəyə verən ilk böyük avtomobil istehsalçılarından biri olub.
    VW to overhaul India business amid market pressures, company memo shows |  Reuters
        Hazırda layihə çərçivəsində 5 ədəd avtonom ID Buzz avtomobili fəaliyyət göstərir və yaxın vaxtlarda onların sayının 10-a çatdırılması planlaşdırılır. Təhlükəsizlik məqsədilə hər avtomobildə fövqəladə hallarda idarəetməyə müdaxilə edə bilən xüsusi nəzarətçi də mövcuddur. Pilot mərhələdə bütün səfərlər istifadəçilər üçün ödənişsizdir və sifarişlər yalnız Moia tətbiqi vasitəsilə qəbul edilir.
        Xidmət klassik robotaksi modelindən fərqlənir. Eyni istiqamətdə hərəkət edən sərnişinlər eyni avtomobili paylaşır və minmə-düşmə yalnız əvvəlcədən müəyyən edilmiş virtual dayanacaqlarda həyata keçirilir. Layihə hazırda Hamburqun təxminən 10 kvadrat kilometrlik hissəsini əhatə edir və gələcəkdə bu ərazinin üç dəfəyə yaxın genişləndirilməsi planlaşdırılır.
    Paylaş