
Volkswagen avtomobilləri ChatGPT dəstəyini əldə edəcəklər
Avtomobil istehsalçısı Volkswagen CES 2024 sərgisi çərçivəsində OpenAI şirkəti ilə əməkdaşlığını elan edib. Bu əməkdaşlıq çərçivəsində Volkswagen şirkətinin avtomobilləri süni zəka əsasında çalışan ChatGPT çat-botunun dəstəyini əldə edəcəklər. Çat-bot Volkswagen-in IDA adlı səsli köməkçisinə inteqrasiya ediləcək. ChatGPT artıq bu ilin ikinci rübündən başlayaraq Volkswagen ID.7, ID.4, ID.5, ID.3 elektromobillərində işə salınacaq. Bundan əlavə olaraq ChatGPT dəstəyini həmçinin Volkswagen-in yeni Tiguan, Passat və Golf modelləri də əldə edəcəklər.
Paylaş