Volkswagen şirkəti Scirocco adlı yeni elektromobil üzərində çalışır
Nəqliyyat
23.02.2024
Emil Nəcəfov
Volkswagen şirkəti özünün Scirocco adlı avtomobil modelinin istehsalını 2017-ci ildə dayandırmışdı. Lakin ortaya çıxmış yeni məlumata əsasən şirkət bu model avtomobilinin istehsalını elektromobil şəklində bərpa etmək istəyir. Ortaya çıxmış məlumata əsasən şirkət artıq Scirocco adlı elektromobili üzərində çalışır. Gözləntilərə əsasən Volkswagen-in bu yeni elektromobili daha aqressiv dizayna sahib olacaq və o, sırf bu elektromobil üçün adaptasiya edilmiş PPE adlı platforma əsasında qurulacaq. Məlumata əsasən elektromobilin baza versiyası 1 ədəd 200-300 at gücündə elektrikli motora sahib olacaq. Volkswagen Scirocco-nun daha üst səviyyəli versiyası isə 400 at gücündə bir və ya bir neçə elektrikli mühərriki əldə etməlidir. Elektromobilin kütləvi istehsalına 2028-ci ildən tez start verilməsi gözlənilmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Volkswagen avtomobilləri ChatGPT dəstəyini əldə edəcəklər
Volkswagen avtomobilləri ChatGPT dəstəyini əldə edəcəklər
Avtomobil istehsalçısı Volkswagen CES 2024 sərgisi çərçivəsində OpenAI şirkəti ilə əməkdaşlığını elan edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!