
Xpeng artıq gələn ay elektrikli uçuş aparatlarının istehsalına start verəcək
Çin startapı XPeng elektriklə işləyən kiçik uçuş aparatları bazarında liderlərdən biri olmaq iddiasındadır. Bunun üçün onun törəmə şirkəti AeroHT Quançjouda yalnız bu texnikanın istehsalı üzrə ixtisaslaşmış müəssisə deyil, həm də onların istismarı üçün meydançalar şəbəkəsi formalaşdırır. AeroHT artıq öz elektrikli uçuş aparatları üçün 5000 sifariş toplayıb və gələn ilin ikinci yarısında onların çatdırılmasına başlamağı planlaşdırır. AeroHT nümayəndələrinin Almaniyada keçirilən IAA Mobility tədbirində izah etdiklərinə görə, şirkət elektrikli uçuş aparatlarının kütləvi istehsalına Quançjouda yerləşən müəssisəsində artıq gələn ay başlayacaq, lakin çatdırılmalara yalnız gələn ilin ikinci yarısında start veriləcək.

Şirkət hələ pərakəndə qiymətləri tam müəyyən etməsə də, artıq təxminən 5000 ilkin sifariş qəbul edib. Əgər layihənin iqtisadi şərtlərində dəyişiklik baş verməsə fərdi elektrikli uçuş aparatlarının təqribən 280 000$ qiymətə təklif ediləcəyi gözlənilir. Gələn ay AeroHT öz hava nəqliyyat vasitələrinin sınaq uçuşlarını Dubayda həyata keçirməyə başlayacaq və gələcəkdə onları Avropa bazarına çıxarmağı planlaşdırır. AeroHT rəhbərliyinin fikrincə, sərnişinləri 1000 metr yüksəkliyə qaldıra bilən “kiçik elektroaviasiya” zamanla ictimai nəqliyyat xidmətləri bazarının 20%-dək hissəsini tuta bilər. Rəqiblər də boş dayanmır - bu sahədə öz iddialarını GAC, Geely və hətta premium elektromobilləri ilə tanınan Hongqi də açıqlayıb.
Paylaş