main-post-cover

    Aktyor Norman Reedus 'Death Stranding 2' oyununun hazırlandığını təsdiqləyib

    Digər
    Oyun və Film
    23.05.2022
    Farid Pardashunas
        “The Walking Dead” serialından tanınan aktyor Norman Reedus bir neçə gün bundan öncə vermiş olduğu müsahibələrdən birində “Death Stranding” oyununun ikinci hissəsi üzərində işlərin getdiyini təsdiqləyib. “Death Stranding 2” rəsmi şəkildə anons olunmasa da müsahibə çərçivəsində Norman Reedus ləğv edilmiş “Silent Hills” oyununda baş qəhrəmanı oynamağa necə razılıq verdiyi və “Death Stranding” üzərində necə çalışdığı barəsində danışıb. Müsahibənin sonunda isə o qeyd edib ki, “Death Stranding 2”-nin hazırlanma mərhələsinə artıq start verilib. Qeyd etmək lazımdır ki, hələ 2020-ci ilin mart ayında məşhur aktyor qeyd etmişdi ki, o, “Death Stranding”-i istehsal etmiş Kojima Productions studiyasının rəhbəri Hideo Kojima ilə yeni layihə üzərində çalışmaq məsələsi üzrə danışıqlar aparır.
        Keçən ilin avqust ayında isə Reedus qeyd etmişdi ki, “Death Stranding 2” barəsində danışıqlar artıq start götürüb. Qeyd etmək lazımdır ki, Konami şirkətindən ayrılandan sonra “Death Stranding” oyunu Kojima Productions studiyasının ilk oyunu olmuşdu. Oyun SIE (Sony Interactive Entertainment) şirkəti tərəfindən sponsorlaşdırılmış və 2019-cu ilin noyabr ayında eksklüziv olaraq Playstation 4 üçün satışa çıxarılmışdı. Playstation 4 üçün satışa çıxmasından 8 ay sonra isə 505 Games adlı şirkət onun PC üçün olan versiyasını satışa çıxartdı. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Hideo Kojima-nın komandası yeni ofisə köçmüşdü. Rəsmi olaraq Kojima Productions studiyası hal hazırda 3 layihə üzərində çalışır. Onlardan birincisi anime, ikincisi qeyri-adi konsepsiyaya sahib kiçik oyun, üçüncüsü isə AAA səviyyəli yeni oyundur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər