drzeka zeka kartları

'Amazon' şirkəti 'The Lord of the Rings' əsəri əsasında televiziya serialı anons etdi

14.11.2017 0 PAYLAŞIM 133 OXUNMA

“Amazon” şirkəti yazıçı J.R.R. Tolkien-in mirasını nəzarətdə saxlayan fond ilə irimiqyaslı müqavilə bağladı.

Həmin müqavilənin nəticəsində “The Lord of the Rings” əsərində yazıçı tərəfindən bəhs edilmiş əhvalatlar əsasında televiziya serialı hazırlanacaq. Əvvəlki məlumatlara əsasən bu müqavilənin bağlanması 250 milyon dollar dəyərində qiymətləndirilirdi. Yekun olaraq “Amazon” şirkətinin bu müqavilə üçün nə qədər vəsait ödədiyi məlum deyil.

Güman olunur ki, ilk televiziya serialındakı hadisələr The Lord of the Rings: The Fellowship of the Ringfilmindəki hadisələrdən öncə cərəyan edəcək. Təbii ki, televiziya serialında kimlərin rol alacağı və potensial rejissorların adları hələ çəkilməyib.

“Biz çox şadıq ki, klassik ədəbiyyata sadiqliyi ilə seçilən Amazon şirkəti, çoxlu sezona sahib olacaq “The Lord of the Rings” serialının yeni evi oldu. J.R.R. Tolkien tərəfindən yaradılmış, lakin hələ də söylənməmiş hekayələrin televiziya ekranına köçürülməsi üçün Amazon Studios bir çox ideyalara sahibdir” – deyə Tolkien Estate fondu bildirib.

Bu layihənin işlərinə nə zaman start veriləcəyi hələki bilinmir.