main-post-cover

    'Call of Duty: Modern Warfare II'nin videosu təqdim olunub və onun barəsində ilk məlumatlar verilib (VİDEO)

    Digər
    Oyun və Film
    09.06.2022
    Farid Pardashunas
        Activision Blizzard şirkəti “Call of Duty: Modern Warfare II” oyununun videosunu təqdim edib. Infinity Ward studiyası tərəfindən hazırlanan yeni oyun bu ilin 28 oktyabr tarixində Playstation 4, Playstation 5, Xbox One, Xbox Series X, Series S konsolları və PC üçün satışa çıxacaq. Süjet xəttinə əsasən Captain Price-ın rəhbərliyi altında Task 141 dəstəsi Al-Qatala adlı terrorçu qruplaşmaya və Meksikanın Las Alamas adlı narkotik kartelinə qarşı mübarizə aparacaq. Süjet xətti çərçivəsində oyunçular Yaxın Şərqdə, Avropada, Meksikada və ABŞ-da baş tutacaq missiyalarda iştirak edəcəklər. Bundan əlavə olaraq oyunda Captain Price-ın iştirakı ilə ənənəvi snayper missiyası da olacaq. Multiplayerə gəldikdə isə yeni oyunda əsas diqqət personajın hərəkətliliyinə ayrılacaq. Məsələn qaçaraq yerdə sürüşmə özəlliyinə həmçinin suya daxil olma da əlavə ediləcək. Suda üzmək personajlar üçün əlavə gizliliyi təmin edəcək. Lakin suda yalnız pistolet və soyuq silahdan istifadəyə icazə veriləcək.
        Müxtəlif texnikadan istifadədə yeniliklər reallaşdırılıb. Belə ki, personaj oyunçunun istəyinə uyğun olaraq bu və ya digər texnikanın pəncərələrindən kənara çıxaraq atəş aça biləcək. Bundan əlavə olaraq idarə edilən texnikanın hərəkətdə olduğu zaman onun üstünə də çıxmaq mümkün olacaq. Müxtəlif texnikalar yeni animasiyalar, effektlər və fizika hesabına daha realistik görünür və hiss olunurlar. Bu və ya digər texnikanın qapılarını, gövdəsini və hətta təkərlərini zədələmək mümkün olacaq. Bununla belə texnikanın əldə edəcəyi zədələri təmir etmək, təkərləri isə dəyişmək olacaq. Maraqlısı ondadır ki, yeni oyunda maşınlar suya düşdükləri zaman artıq partlamayacaqlar. Ənənəvi multiplayer rejimləri ilə yanaşı oyuna iki yeni rejim də əlavə ediləcək. 2019-cu ildə satışa çıxmış “Call of Duty: Modern Warfare” oyununda reallaşdırılmış Gunfight (2v2) rejimi Knockout (6v6) rejiminə çevrilib.
        Bu rejimdə hər bir personaj bir can göstəricisinə sahib olacaq. Lakin bununla belə personajın tərəfdaşı onu real zaman ərzində sağalda bilər. Buna baxmayaraq komandadakı bütün personajların ölümü komandanın uduzmağına gətirib çıxardacaq. Prisoner Rescue rejimi “Rainbow Six Siege” oyunu tərzində hazırlanır. Sözügedən rejimdə oyunçular iki komandaya bölünür. Komandalardan biri girovları xilas etməli, ikinci komanda isə buna mane olmalıdır. “Rainbow Six Siege” oyununda olduğu kimi Prisoner Rescue rejimində də oyunçular qapıları və divarları partladaraq taktiki üstünlüklər əldə edə biləcəklər. Yeni “Call of Duty: Modern Warfare II” çərçivəsində Activision Blizzard həmçinin “Warzone 2.0battle royale oyununu anons edib. “Warzone 2.0” aktual olan bütün platformalarda işə salınacaq. Onun bu ilin sonuna kimi işə salınacağı gözlənilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər