
Microsoft şirkətindən sonra bugün
səhər saatlarında Bethesda Gameworks şirkəti özünün E3 2018 sərgisi öncəsi
konfransını keçirtdi. İlk baxışdan konfransın bir qədər aşağı səviyyədə
keçirildiyi hissi yaransa da konfransın sonundakı sürpriz anonslar vəziyyəti dəyişdilər.
İndi isə sizlərə sözügedən konfransın ən maraqlı oyunlarını təqdim edirik.
Rage 2:
Konsfransa Rage 2 oyununun gameplay videosu iklə start verildi. Videoda verilmiş məlumata əsasən oyunçular oyunda istənilən nəqliyyat növündən istifadə edə biləcəklər. Bundan əlavə olaraq Rage 2-də geniş çeşiddə silah seçimi olacaq. Yeni oyun id Software ilə Avalanche Studios-un əməkdaşlığı çərçivəsində hazırlanır. Rage 2 gələn ilin yaz fəslində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Doom Eternal:
2016-cı ildə satışa çıxmış Doom oyununun Doom Eternal adlı davamı gəlir. Videodan da görmək olar ki, oyunun bəzi hissələrində hadisələr cəhənnəmə çevrilmiş Yer kürəsində cərəyan edəcək. Oyunun ilk gameplay videosunun və onun barəsində daha çox məlumatların Avqust ayında keçiriləcək QuakeCon 2018 tədbirində təqdim olunacağı güman edilir. Doom Eternal oyununun çıxışını 2019-cu ildən tez gözləmək lazım deyil.
Wolfenstein Youngblood:
Şirkət öz konfransında yeni Wolfenstein oyununu anons etdi. Bu dəfəki oyunda co-op rejim də olacaq. Yeni oyunda hadisələr Wolfenstein 2: The New Colossus oyunundan 19 il sonra cərəyan edəcək. B.J. Blazkowicz-in iki qızından birini oynayaraq oyunçular B.J. Blazkowicz-in axtarışı üçün Parisə yollanacaqlar. Oyun 2019-cu ildə satışa çıxacaq.
Fallout 76:
Konfransın əsas vaxtı təbii ki,
Fallout 76 oyununa ayrılmışdı. Şirkət həmin zaman ərzində oyun haqqında bir
xeyli məlumat verdi. Həmin məlumatları sizlərlə bölüşürük:
- Fallout 76-da hadisələr daha öncədən
işıq üzü görmüş bütün Fallout oyunlarındakı hadisələrdən daha əvvəl cərəyan edəcək
- Oyun artıq 4 ildir ki, hazırlanma
mərhələsindədir
- Fallout 76-nın xəritəsi Fallout
4-ün xəritəsindən 4 dəfə böyükdür
- Hadisələrin cərəyan edəcəyi ərazi
ABŞ-ın Qərbi Virciniya ştatıdır
- Sizin personajınız 76 nömrəli
sığınacaqdan çıxmış ilk şəxslərdən biridir
- Oyunda əsas missiyaları verəcək şəxs
76 nömrəli sığınacağın nəzarətçisi olacaq
- Əsas missiyaların yerinə yetirilməsi
zamanı oyunçular 6 böyük oyun regionuna səyahət eədəc'klər və hər bir regionun öz
görünüş tərzi olacaq
- Tərtibatçılar yeni oyuna bir neçə
yeni mutant növləri əlavə edəcəklər. Keçmiş oyunlarda olan bütün mutantlar və
super mutantlar da oyuna daxil ediləcək
- Oyunda əsas üstünlük online rejimdə
oynamağa verilir. Lakin onu tək şəkildə də oynamaq olacaq
- Oyunçunun personajının öləcəyi
halında onun qazandığı nailiyyətlər itməyəcək
- Oyunda TPS (third-person-shooter)
rejimi olmayacaq. Oyunçular oyunu yalnız FPS (first-person-shooter) rejimində
oynayacaqlar
- Online rejimdə oyunda yalnız 10 nəfər
ola biləcək
- Həmçinin oyunda online rejimdən
offline və ya əksinə keçid etmək mümkün olacaq. Bu halda da oyunda qazanılmış
nailiyyətlər itməyəcək
- Digər oyunlarla qarşılıqlı əlaqə
sistemi GTA 5 oyununda silah seçimi menyusuna bənzəyir. Lakin Fallout 76-da
silahların yerinə alıb-satmaq, animasiya göstərmək və s. kimi qarşılıqlı əlaqələr
var
- Crafting və əşyaların təkmilləşdirilməsi
sistemi Fallout 4-dəki kimidir
- Oyunda həmçinin C.A.M.P adlı yeni
tikinti sistemi reallaşdırılıb. Bu, kompakt tikinti platformasıdır
- Kompakt tikinti sistemi sayəsində
oyunçular istədikləri yerlərdə istədikləri tikililəri tikə bilərlər
- Oyunçuların tikəcəkləri bazalara
adi insanlardan əlavə olaraq həmçinin mutantlar da hücum edəcəklər
- Oyunçuların bazalarını məhv etmək
mümkün olacaq
- Oyun satışa çıxandan sonra uzun
illər ərzində tərtibatçılar tərəfindən dəstəklənəcək
- Fallout 76 bu ilin noyabr ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Starfield:
Konfrans zamanı şirkət həmçinin özünün tamamilə yeni oyunu olan Starfield-i anons etdi. Təqdim olunmuş trailerdən yalnız bir şeyi anlamaq olar ki, yeni oyun kosmos barəsində olacaq. Hələ bir neçə il bundan əvvəl Starfield haqqında bəzi məılumatlar ortaya çıxmışdı. Həmin vaxtda bildirilmişdi ki, Starfield, hadisələri kosmosda cərəyan edəcək RPG janrlı oyun olacaq. Oyunun nə zaman satışa çıxacağı bilinmir.
The Elder Scrolls VI:
Konfransda oyunçuların illərlə gözlədikləri anons baş tutdu. Heç kim bu anonsun olacağını gözləmirdi. Lakin şirkət sonunda The Elder Scrolls VI oyununu anons etdi və onun qısa videosunu təqdim etdi. Oyun barəsində hələki heç bir məlumat yoxdur. Lakin təqdim olunmuş qısa videodakı əraziyə diqqət yetirəndə belə qənaətə gəlmək olar ki, oyunda hadisələr Qərbi Tamrieldə cərəyan edəcək. Əsas məlum olan odur ki, Yeni TES VI şirkətin digər oyunu Starfield-in satışa çıxmasından sonra işıq üzü görəcək. Lakin yaxın 1-2 il ərzində oyunun gameplay videolarını gözləməyə ehtiyac yoxdur.
Şərh yoxdur