drzeka zeka kartları

'Justice League' filminin Comic Con 2017-dən olan yeni trailerin qısa icmalı

24.07.2017 0 PAYLAŞIM 332 OXUNMA

Nəhayət 2017 San Diego Comic Con tədbirində bizə “Justice League filminin yeni traileri göstərildi. Əvvəlcədən deyim ki, trailerdə nə qədər qaranlıq məsələlər qalsa da, fikrimcə, çox gözəl və epic idi. İndi isə analiz edək. Amma əvvəlcə baxmayanlar və baxanlar bir daha traileri izləsin. 

Trailer hamımızın tanıdığı Wonder Woman yaxud Princess Diana ilə başlayır. O, muzeyə edilən soyğunun qarşısını almağa çalışır. Görünür ki, filmdə Batman ilə bərabər böyük rol oynayacaq.

Və daha sonra Themyscira-nı görürük. Wonder Woman filmində göstərilən adanın adıdır. Yəni Diana insanların arasına qatılana qədər bu adada yaşamışdır. Trailerdə maraqlı gələn isə 3 Mother Box-dan birinin burda olmasıdır. Çox güman ən təhlükəsiz yer kimi fikirləşib ora qoyublar, amma göydən əsəbi tanrılardan birinin ilk bura gəlməsini fikirləşməyiblər. Steppenwolf! Nəzərinizə çatdırım ki, Steppenwolf çox təhlükəli villain-dır və Darkseid-in əmisi və Apokalips ordusunun komandiridir. Bizim dildə desək general-polkovnikdir. Steppenwolf deyəndə əlində olan baltasını unutmamaq lazımdır. Əslində belə olması düzgündür. Darkseid çox güclü biridir, hər nə qədər onu tez görmək istəsək də birdən-birə qarşımıza çıxarmamaları əladır. {SPOILER} Çox güman Steppenwolf axırda öləcək və Darkseid bütün gücünü toplayıb gələcək. Hələ onun gəlməsinə 2 il var.

CGI, qısa desək effekt cəhətdən yaxşı modifikasiya olunub. Bunu həmçinin baltası ilə yeri vuranda və JL (Justice League) üzvünün bir neçəsi ilə döyüşündə görə bilərik. Aquaman haqqında nəsə deməyə ehtiyac yoxdur. Sadəcə möhtəşəm. Filmə az da olsa yumor qatanlardan biri olacaq. Onu da qeyd edim ki, Bruce ilk dəfə onu çağıranda gəlməyəcək, sonra başa düşəcək onsuz JL olmaz! Parademon-ları surfing-də istifadə edən adamdı, hər şey gözləmək olar ondan.

Filmdə məni biraz narahat edən Cyborg idi. Açığı bəzi posterlərdə geyimini və dizaynın bəyənməmişdim. Ray Fisher əla casting seçimidir. Amma bu trailer ilə görünür CGI təzədən işlənib və hər şey yaxşıdı.

Cyborg, DC-də mənim həmişə xoşuma gələn cool bir personajlardan olubdur. Detektivlik qabiliyyəti əla biridir. Ümid edirəm filmdə az da olsa bu xüsusiyyətləti görəcəyik. Görə bilməsək də növbəti illərdə çıxacaq filmində görəcəyik. Və hamımızın səbrsizliklə gözlədiyimiz The Flash! Ezra Miller çox yaraşıb roluna. Thanks mr. Zack! Flash, zarafat və sürprizlərlə dolu biridir. Həmçinin o ilk dəfədi ki, belə bir döyüşdə olacaq.  Team-ə qatılmaqda ən böyük səbəbi dostlarının olmaması idi. Kostyumu çox əladır. Həmçinin hərəkət edərkən göy işıqların olması çox əla olub. Komikslərdə Flash çox güclü biridi. Gücləri təkcə sürətli olması ilə bitməyən biridir. Çox təəssüf ki, Green Lantern olması ehtimalı çox azdı. Olsaydı əla ikili olacaqdı. Təəssüflənməyə dəyməz, çünki JL 2-də ikisini də görəcəyik. Bəlkə elə az da olsa bunda da gördük.

Və əsas məsələ. Superman hardadır?! Trailer-də göstərilməməyini istəyirdik və sağolsunlar istəyimizi yerinə yetirdilər. Bildiyimiz kimi {SPOILER} BvS-də (Batman v Superman) ölür. Amma hər kəs bilir ki, geri qayıdacaq və onsuz JL mümkün deyil. Comic Con-da Henry Cavill iştirak etməmişdi. Etsəydi hamı necə qayıdırsan? Qayıtmaq necə hisdi? Olum ya Ölüm? kimi axmaq suallar verib qardaşı qoymayacaqdılar rahat otursun. Trailerin sonu yəni Alfred olan hissəsi çox maraqlı və mübahisəlidir. Bəlkə də çoxumuz Superman-di gələn deyirik. Amma o olmaya da bilər. Bəzi suallar var. Məsələn, Superman geri qayıdan kimi niyə Batman yox Alfred-in yanına gəlsin? Ekranın sol aşağı küncündə qırmızı cape görünür deyə camaat mütləq Superman-di deyir. Ehtimal az olsa da Deathstroke, Martian Manhunter yaxud Nightwing ola bilər. Mənə qalsa onların heç biri deyil. Ya Green Lantern, ya da Superman-dır. Alfredin eynəyini diqqətlə baxsaq göy işıq parıltısı var.

Mənə görə məsələ Schrodinger-in pişiyi kimi 50/50-di. 4 aydan sonra dəqiqini biləcəyik. Həmçinin trailerdə easter egg var. Steppenwolf  “no Lanterns” deyir. Boş boşuna işlənməz o söz. Green Lantern solo filmi təsdiqlənib. Ola bilsin bu şəkil filmin sonunda bir neçə saniyəlik baş verir. İlk dəfə eşidəndə ki, JL 1-də Green Lantern olmayacaq üzülmüşdük. Amma DC-ni də başa düşürük təzə universe qurur, CGI çox pul və vaxt tələb edir.  Ümumilikdə götürsək trailer dəfələrlə baxılası qədər cəlbedicidir. Şikayətimiz yoxdur. Təki “Batman v Supermandəki kimi səhnələri kəsməsinlər. İstəyir film lap 3 saat, 4 saat olsun amma heç bir səhnəsi kəsilməsin yoxsa editing-dən əziyyət çəkəcək. Bu arada Jim Gordon nəhayət komikslərdəki kimidir. 

Az qala yadımdan çıxmışdı. Bütün bunlara görə Zack Snyder-ə çox böyük təşəkkür düşür. Təəssüf ki qızı Martda intihar edəndən sonra Zack, DC-dən ayrıldığını demişdi. Çox üzücü xəbərdi. Onun tərzi çox fərqli idi. Ən azından “Man of Steel” və epic olan “Batman v Superman” filmlərini bizə göstərdi. Və “Justice League” 1 ilə işini zirvədə buraxacaq.. Bu qədər. Traileri qısa analiz etdik. 2 sual var. Sizcə “Justice League”də Bruce neçə nəfəri gətirə biləcək və sonda gələn kimdir?