Logo
    main-post-cover

    Keanu Reeves-in iştirakı ilə John Wick 3 filminin çəkiləcəyi təsdiqləndi

    Oyun və Film
    26.05.2017

    Keanu Reeves, “Siberia” filmindəki çəkilişlərini bitirdikdən sonra John Wick obrazına geri qayıdacaq.

    John Wickfilminin ikinci hissəsinin uğurundan sonra rejissor Chad Stahelski, üçüncü filmin anonsunu etdi. Öz müsahibəsində rejissor qeyd edib ki, 3-cü film, ssenarinin yazılması mərhələsindədir. 3-cü filmdə John Wick-in yenidən Nyu York şəhərinə geri qayıtması planlaşdırılır. Əsas məsələ isə çəkliş komandasını yenidən bir araya gətirməkdir. Rejissorun verdiyi məlumata əsasən sözügedən filmin çəkilişləri bu ilin sonunda baş tutmasa da, gələn ilin əvvəlində start götürəcək. Hal hazırda isə aktyor Keanu Reeves, “Siberia” filminin çəkilişlərinə görə Sankt Peterburqda yerləşir. Qeyd etmək lazımdır ki, ilk film 2014-cü ildə böyük ekranlara çıxmışdı və 90 milyon dollar gəlir gətirmişdi. Bu ilin əvvəlində isə “John Wick 2” filmi izləyicilərə təqdim olundu. 40 milyon dollar büdcə ilə çəkilmiş ikinci film, 165 milyon dollar gəlir gətirdi.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Keanu Reeves-in iştirakı ilə John Wick 3 filminin çəkiləcəyi təsdiqləndi | Technote