
Scalebound oyununun ilk gameplay videosu təqdim olundu
Oyun və Film
07.05.2017
Farid
Bayonetta, Devil May Cry, Resident Evil 2, Okami kimi oyunların yaradıcısı yaponiyalı gamedizayner Hideki Kamiya Gamescom 2015 oyun sərgisi çərçivəsində keçirilmiş Microsoft şirkətinin press-konfransı zamanı eksklüziv olaraq Xbox One üçün hazırlanan Scalebound oyununun ilk gameplay videosunu təqdim edib. Kamiya-nın sözlərinə görə Scalebound Platinum Games studiyasının ən iri miqyaslı oyunudur və o daha öncə buna bənzər heç bir oyun üzərində çalışmayıb. Qeyd edək ki, Scalebound ActionRPG janrında olan open-world oyundur. Oyunda sizlər müxtəlif əraziləri tək başına və yaxud böyük əjdahanız ilə birlikdə müşahidə edə biləcəksiniz. Scalebound 2016-cı ilin sonunda satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər