main-post-cover

    'Star Wars Jedi: Fallen Order'in davamı: 'Star Wars Jedi: Survivor' oyunu anons edilib - VİDEO

    Digər
    Oyun və Film
    29.05.2022
    Emil Nəcəfov
        Electronic Arts şirkəti Star Wars Celebration festivalı çərçivəsində 2019-cu ildə satışa çıxmış “Star Wars Jedi: Fallen Order” oyununun davamını anons edib. Star Wars dünyasında cərəyan edəcək yeni oyun “Star Wars Jedi: Survivor” adını əldə edib. Şirkətin verdiyi məlumata əsasən sözügedən yeni oyun 2023-cü ildə Xbox Series X, Series S, Playstation 5 konsolları və PC üçün satışa çıxacaq. Qeyd etmək lazımdır ki, yeni oyun üzərində Respawn studiyası çalışır. Birinci oyunu da məhz Respawn hazırlamışdı. Bundan əlavə olaraq sözügedən studiya “Titanfall” oyun seriyası ilə məşhurdur.
        Vaxtı ikən “Star Wars Jedi: Fallen Order” yeni konsollar ilə yanaşı həmçinin Xbox One Playstation 4 üçün də satışa çıxmışdı. Lakin bu dəfə studiya öz əsas diqqətini yalnız yeni oyun konsollarına ayırıb. Məlumatda qeyd edilib ki, yeni nəsil oyun konsollarına köklənmək öz növbəsində daha dərin Star Wars təcrübəsini yaşatmağa imkan verəcək. Studiya onu da qeyd edib ki, “Star Wars Jedi: Survivor” oyununda hadisələr ilk oyundakı hadisələrdən 5 il sonra cərəyan edəcəklər. Oyunçular birinci oyunda olduğu kimi Cal Kestis adlı jedi rolunda çıxış edəcəklər. “Star Wars Jedi: Survivor” barəsində daha çox məlumat bu ilin sonunda təqdim ediləcək.
    Linki kopyala