
Steam artıq yeni bir
liderə sahibdir. Liderliyin yeni sahibi CS: GO və Dota 2-nin əlindən anlıq istifadəçi
rekordunu alan PUBG oldu.Artıq müzakirəyə, üzərinə düşünməyə ehtiyac yoxdur. 2017-ci
il tarixində yalnız bir qalib var oda PlayerUnknown`s Battlegrounds. Bütün rekordları alt-üst edən oyun, bu
həftə sonu iki fərqli rekordu daha xanasına yazdırmağı bacardı
Uzun müddətdir Steam-da anlıq aktiv istifadəçi qeydlərində ya Dota 2 və ya CS: GO liderlik edirdilər və bügünə qədər belə bir sıxıntı çəkməmişdilər.
Avqustun 26-da və 27-də həftəsonu ilk dəfə bu iki oyundan başqa, bir oyun anlıq aktiv istifadəçi sayını keçməyi bacardı. Twitter vasitəsilə Steamın stats səhifəsini paylaşan PUBG, bu tendensiyanı sənədləşdirdi. PUBG 877,844 anlıq aktiv oyunçu ilə Dota 2-ni geridə goydu.
Digər bir əhəmiyyətli məlumat parçasını Twitter üzərindən
Daniel Ahmad paylaşdı. 7 milyon anbarını keçən istehsal tək bir platformada ən
çox satan 2017 oyunu olmağı da bacardı.