Ubisoft iOS və Android üçün 'Tom Clancy’s The Divison Resurgence' oyununu anons edib (VİDEO)

Ubisoft iOS və Android üçün 'Tom Clancy’s The Divison Resurgence' oyununu anons edib (VİDEO)

Oyun və Film
07.07.2022 PAYLAŞIM

    Ubisoft şirkətiOS Android cihazlar üçün nəzərdə tutulmuş “Tom Clancy’s The Divison Resurgence” oyununu anons edib. Bu, “The Division” oyun seriyasının mobil cihazlar üçün nəzərdə tutulmuş shareware oyundur. Mobil oyunda hadisələr ilk “The Division” oyunundakı kimi Nyu-Yorkda cərəyan edir. Şəhər əhaləsinin böyük hissəsi ABŞ-da sürətlə yayılmış virus epidemiyası nəticəsində vəfat edib. Oyunçulara mobil “The Divison” versiyasında open-world təqdim ediləcək. Bununla belə oyunçular missiyaları tək şəkildə və ya dostları ilə co-op rejim şəklində yerinə yetirə biləcəklər. Ubisoft yeni oyunun beta testində iştirak üçün qeydiyyata artıq start verib. Bununla yanaşı şirkət rəsmi olaraq elan edib ki, o, “The Division 2” oyununun dəstəyinin 5-ci ilinə start verir. Həmçinin məlumdur ki, Red Storm Entertainment adlı studiya konsollar və PC üçün nəzərdə tutulmuş “The Division: Heartland” adlı shareware oyun üzərində çalışır.

\


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple tərtibatçıları şirkətin ilk qarışıq reallıq cihazının satış üçün hazır olm..

Financial Times-ın təqdim etmiş olduğu hesabata əsasən Apple şirkəti tərtibatçılar komandasının məsl..


AzDimension studiyası yeni oyunun hazırlanmasını elan edir

The Last DeadEnd və Axilon oyunları ilə tanınan yerli AzDimension studiyası, yeni oyunun hazırlanmas..


Məşhur insayder 'GTA VI' barəsində yeni məlumatlar verib

Oyun sahəsinin ən məşhur insayderlərindən biri olan Jason Schreier öz mənbələrinə istinadən GTA IV b..


Məşhur insayder yeni 'Assassin's Creed' barəsində məlumatlar verib

Məlumdur ki, hər bir yeni “Assassin’s Creed” oyunu müəyyən tarix dövrünü əhatə edir.


'RoboCop: Rogue City' oyunu anons edilib (VİDEO)

Teyon adlı studiya 1987-ci ildə böyük ekranlara çıxmış məşhur “RoboCop” filminin baş qəhrəmanına həs..


'GTA VI'-nın mümkün məlumatları ortaya çıxıb

Kütləvi informasiya vasitələri “GTA VI”-ya mümkün aidiyyatı olan məlumatlara fikir veriblər...

×