Reklam
Xbox & Bethesda Games Showcase: 'Starfield', yeni 'Forza Motorsport' və Hideo Kojima-dan yeni oyun

Xbox & Bethesda Games Showcase: 'Starfield', yeni 'Forza Motorsport' və Hideo Kojima-dan yeni oyun

Oyun və Film
13.06.2022 PAYLAŞIM

    Dünən Microsoft şirkəti tərəfindən keçirilmiş Xbox & Bethesda Games Showcase 2022 tədbiri çərçivəsində bir-birindən maraqlı oyunlar təqdim olunub. Təqdim olunmuş oyunlar arasında əsasən artıq anons olunmuş oyunların gameplay videoları yer alıblar. Belə ki, tədbir çərçivəsində çoxdan gözlənilən “Starfield”in ilk gameplay videosu sərgilənib, yeni “Forza Motorsport”un anonsu baş tutub, “A Plague Tale: Requiem” və “Redfall” oyunlarının gameplay videoları təqdim edilib.

    Bununla yanaşı tədbir çərçivəsində Xbox Game Studios-un Hideo Kojima ilə əməkdaşlığı anons edilib. Bu əməkdaşlıq çərçivəsində Hideo Kojima-nın rəhbəri olduğu Kojima Productions studiyası Xbox üçün tamamilə yeni oyun üzərində çalışır. Kojima öz növbəsində qeyd edib ki, unikal konsepsiyalı oyunların hazırlanmasında o, Microsoft-un bulud texnologiyalarından istifadə edəcək. Xbox Game Studios ilə Hideo Kojima arasındakı əməkdaşlıq çərçivəsində hazırlanan oyun barəsində bir məlumat verilməyib. İndi isə əsas oyunlara keçid edək.


“Starfield”:

    Qeyd etmək lazımdır ki, “Starfield” hələ bir neçə il bundan öncə anons olunmuşdu. Dünənki tədbir çərçivəsndə isə Bethesda Game Studios komandası onun ilk gameplay videosunu sərgilədi. Elmi-fantastik janrda olan “Starfield” eksklüziv olaraq Xbox Series X, Series S konsolları və PC üçün hazırlanır. Oyun gələn ilin birinci yarısında satışa çıxmalıdır. Bethesda Game Studios-un direktoru və icraçı prodüsseri qismində çalışan Todd Howard oyun barəsində bəzi məlumatları təqdim edib. Süjet xəttinə əsasən “Starfield”də hadisələr 2330-cu ildə cərəyan edir. İnsan sivilizasiyası artıq Günəş sisteminin sərhədlərindən kənara çıxa bilib və müxtəlif ulduz sistemlərində məskunlaşıb. Oyunçu isə özü tərəfindən yaratdığı personaj vasitəsilə tədqiqatçılardan və elm adamlarından ibarət təşkilata qoşularaq qalaktikanın müxtəlif yerlərində mövcud olan gizli artefaktları axtarmalı olacaq.

    Todd Howard-ın sözlərinə əsasən “Starfield” Bethesda Game Studios-un indiyənə kimi hazırladığı ən böyük və irimiqyaslı oyundur. Oyunçular tamamilə müstəqil şəkildə çoxlu sayda ulduz sisteminə səyahət edə biləcəklər. Bundan əlavə olaraq oyunda həm first-person həm də third-person rejimi mövcuddur. Oyunçular müxtəlif planetlərdə yığacaqları resurslar vasitəsilə bazalar qura biləcəklər. Bununla yanaşı oyunçular özlərinin kosmik gəmilərini də yarada və onlara istədikləri dizaynı verə biləcəklər. Təbii ki, oyunda kosmik uçuşlar və döyüşlər mövcud olacaq. Verilmiş məlumata əsasən oyunçular 1000 ədəd planetə səyahət edə biləcəklər. Oyunçular sıfırdan öz personajlarını yarada biləcəklər. Bu isə o deməkdir ki, onlar həmin personajların xarici görünüşlərini istədikləri kimi ayarlaya biləcəklər.

“Redfall”:

    Tədbir çərçivəsində Bethesda Game Studios-un sərgilənmiş olduğu daha bir oyunu “Redfall” oldu. Sözügedən oyun keçən il anons edilmişdi və o, “Dishonored” oyun seriyası ilə “Prey” oyununun yaradısıcı olan Arkane Studios tərəfindən hazırlanır. “Redfall” gələn il Xbox Series X, Series S konsolları və PC üçün satışa çıxacaq. Oyunda hadisələr eyniadlı şəhərdə baş verir. Süjet xəttinə əsasən Redfall şəhərinə vampirlər və kultistlər hücum çəkirlər. Bir neçə personajdan ibarət qrup isə onlara qarşı mübarizə aparmalı və şəhəri xilas etməlidir. Qeyd etmək lazımdır ki, sözügedən oyunu həm tək şəkildə həm də co-op şəkildə oynamaq mümkün olacaq. Tək oynadıqda, digər personajları botlar idarə edəcəklər.

“Forza Motorsport”:

    Tədbir çəçrivəsində Turn 10 studiyası yeni “Forza Motorsport” oyununu anons etdi. Anons çərçivəsində studiya həmçinin oyunun bəzi texniki özəllikləri barəsində də məlumat verib. Beləliklə tərtibatçılar oyunda sutkadakı zaman dəyişiminə ciddi diqqət ayırıblar. Əvvəlki Forza oyunlarından fərqli olaraq yeni “Forza Motorsport”da zamanın dinamik dəyişmə prosesi üsulu fərqli cür reallaşdırılıb. Bununla yanaşı avtomobillərin idarə mexanikası da ciddi dəyişikliklərə məruz qalıb. Avtomobillər və yarış yolları sıfırdan hazırlanıb. Bununla yanaşı avtomobillərin zədələnmələri sistemi və onların idarə fizikası yaxşılaşdırılıb. Qeyd etmək lazımdır ki, yeni “Forza Motorsport” ray tracing texnologiyasının dəstəyinə sahib olacaq. Oyun gələn ilin yaz fəslində Xbox Series X, Series S və PC üçün satışa çıxacaq.

“A Plague Tale: Requiem”:

    Asobo Studios 2019-cu ildə satışa çıxmış “A Plague Tale: Innocence” oyununun davamı olan “A Plague Tale: Requiem”in ilk gameplay videosunu sərgiləyib. “A Plague Tale: Requiem” yenidən Amicia və onun balaca qardaşı Hugo-nun, Taun xəstəliyinin tüğyan etdiyi Fransada macəralarından bəhs edəcək. “A Plague Tale: Requiem” bu il Playstation 5, Xbox Series X, Series S konsolları və PC üçün satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Növbəti 'Battlefield' oyunu süjet xəttinə sahib olacaq

“Battlefield” seriyasının növbəti oyunu oyunçulara süjet xətti (singleplayer rejimi) təqdim edəcək...


'The Boys' serialının yaradıcısı Hideo Kojima-dan serial əsasında oyun hazırlama..

Bir neçə gün bundan öncə məşhur yapon game dizayner Hideo Kojima bildirmişdi ki, o, vaxtı ikən “The ..


Yeni 'Need for Speed' barəsində məlumatlar verilib

Yeni “Need for Speed”-in yaradıcıları digər məşhur yarış seriyası olan “Forza Horizon”-dan ilhamlanı..


Hideo Kojima vaxtı ikən 'The Boys' serialı tərzində yeni oyun üzərində çalışırmı..

Məşhur yapon game dizayner Hideo Kojima vaxtı ikən güclü super qəhrəmanlara qarşı mübarizə aparan de..


'God of War: Ragnarok' oyunu barəsində yaxın zamanda yeni məlumatlar təqdim edil..

Son həftələr doğru insayder məlumatları ilə məşhurluq qazanmış Twitter-in The Snitch ləqəbli istifad..


'Ghost of Tsushima 2'?: Sucker Punch studiyası PS5 üçün yeni eksklüziv oyun üzər..

“Infamous” oyun seriyası və “Ghost of Tsushima” oyunu ilə məşhurluq qazanmış Sucker Punch Production..

×