main-post-cover

    Yeni '007: James Bond' filminin rejissoru və çıxış tarixi məlum oldu

    Digər
    Oyun və Film
    15.03.2018
    Farid Pardashunas
    Əvvəllər internetdə gəzmiş şayiə həqiqətə çevrildi.
    Belə ki, britaniyalı rejissor Danny Boyle, James Bond haqqında çəkiləcək 25-ci filmə rejissorluq edəcək. Bu barədə xəbəri rejissor özü təsdiqləyib. “Hal-hazırda biz filmin ssenarisi üzərində çalışırıq. Baxaq görək bundan nə alınacaq. Bizim çox yaxşı bir ideyamız var. Ümid edirəm ki, həmin ideya alınacaq. Mən daha çox məlumat verməkdə şad olardım, lakin məlum səbəblərə görə bunu edə bilmirəm” – deyə rejissor bildirib.
    Bundan əlavə olaraq filmin çıxış tarixi də elan edilib. James Bond haqqında olacaq 25-ci film 8 Noyabr 2019-cu il tarixində izləyicilərə təqdim olunacaq. Qeyd etmək lazımdır ki, filmin distribyutoru hələki yoxdur. Belə ki, Sony Pictures studiyası ilə olan müqavilənin müddəti artıq bitib. Yubiley filmdə James Bond rolunu sonuncu dəfə aktyor Daniel Craig canlandıracaq. “007: Spectre” filmindən sonra aktyor birdə bu rola qayıtmayacağına söz versə də sonuncu dəfə sözügedən obrazı canlandırmağa razılıq verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər