
ABŞ hökumət qurumları üçün xüsusi ChatGPT versiyası olan ChatGPT Gov-u istifadəyə verilib
Proqram Təminatı
30.01.2025
Emil
Technote.az OpenAI-ya istinadən xəbər verir ki, şirkət, ABŞ hökumət qurumları üçün xüsusi ChatGPT versiyası olan ChatGPT Gov-u istifadəyə verib. Bu versiya, GPT-4o modelindən istifadə edən və korporativ müştərilər üçün nəzərdə tutulmuş ChatGPT Enterprise versiyasının əksər funksiyalarını özündə birləşdirən xüsusi bir variantdır.
OpenAI rəsmi bloqunda bildirib ki, bu məhsullar milli maraqlara xidmət etmək, demokratik dəyərlərə uyğun olmaq və vətəndaşlar üçün dövlət xidmətlərinin yaxşılaşdırılmasına töhfə vermək məqsədilə hazırlanıb.
Bundan əvvəl də ABŞ hökumət qurumlarının əməkdaşları gündəlik işlərində aktiv şəkildə ChatGPT-dən istifadə edirdilər. OpenAI-nin məlumatına görə, 2024-cü ildə federal, ştat və yerli səviyyədə fəaliyyət göstərən 3 500-dən çox hökumət qurumunun əməkdaşları ChatGPT vasitəsilə 18 milyondan çox mesaj göndərib.

Yeni versiya, bu qurumlara ChatGPT-nin Microsoft Azure bulud mühiti çərçivəsində – həm kommersiya, həm də hökumət infrastrukturlarında yerləşdirilməsinə imkan verəcək. Bu dəyişiklik, dövlət IT şöbələrinin işini asanlaşdıracaq və alətin təhlükəsiz istifadəsini təmin edəcək.
ChatGPT Gov-un işə salınması, OpenAI və SoftBank arasında ABŞ-da 500 milyard dollar dəyərində süni zəka infrastrukturunun yaradılması üzrə əməkdaşlığın elan edilməsi ilə eyni vaxta təsadüf edib.
Lakin bu elan edildikdən sonra Stargate adlanan sözügedən layihənin maliyyələşdirilməsi ilə bağlı bəzi suallar ortaya çıxıb. The Information saytının məlumatına görə, SoftBank və OpenAI ilkin olaraq layihəyə cəmi 19 milyard dollar investisiya yatırmağı planlaşdırır. Bu isə ilk mərhələdə 100 milyard dollar sərmayə qoyulacağı barədə verilən ilkin vədlərdən xeyli azdır.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
