
ABŞ üçün CapCut-ın xüsusi versiyası hazırlanır
Proqram Təminatı
09.07.2025
Emil
TikTok-un ABŞ-dakı biznesinin gözlənilən satışı çərçivəsində Çin şirkəti ByteDance yalnız sosial şəbəkə tətbiqinin deyil, həm də özünə məxsus CapCut video redaktorunun ayrıca versiyasını buraxmağı planlaşdırır. Hər iki tətbiq yalnız ABŞ istifadəçiləri üçün nəzərdə tutulacaq. Yeni CapCut versiyasının buraxılış tarixi hələ açıqlanmayıb. Hazırda bu tətbiq Google Play mağazasında 1 milyard dəfədən çox yüklənib. ABŞ-ın App Store mağazasında isə CapCut video redaktoru Instagram və YouTube-u geridə qoyur.

Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, ABŞ-dakı TikTok istifadəçiləri sosial şəbəkədən istifadəni davam etdirmək üçün yeni bir tətbiq yükləməli olacaqlar. Yeni tətbiqin 5 sentyabrda təqdim olunacağı gözlənilir, köhnə versiya isə 2026-cı ilin martında fəaliyyətini dayandıracaq. Lakin bu tarixlərin dəyişməsi mümkündür. ABŞ üçün ayrıca tətbiqlərin istifadəyə verilməsi çox güman ki, ByteDance şirkətinin TikTok və digər ABŞ aktivlərindən imtina etməsini tələb edən qanunun icrası üzrə daha geniş planın bir hissəsidir.

Bu tələb, Çin hökumətinin ABŞ istifadəçilərinin məlumatlarına çıxış əldə edə biləcəyi və ya məzmuna təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar fonunda meydana çıxıb. Əgər bu tələb yerinə yetirilməzsə, TikTok-un ABŞ-da qadağan olunması ehtimalı var. Sosial şəbəkənin satışı məsələsi, Donald Trump-ın tətbiq etdiyi tariflərlə bağlı Çinlə aparılan danışıqlarda əsas mövzulardan biri olaraq qalır. Müxtəlif vaxtlarda biznesin potensial alıcıları sırasında Microsoft, Amazon və investor Frank McCourt-un rəhbərlik etdiyi investorlar qrupu da göstərilib.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
